İtaliya-2023: Yarış

Tarixi Montsada təqvimin Avropa hissəsinə yekun vurulub. Bazar günü həftəsonunun ən isti günü olub - temperatur +30 dərəcəyə çatıb.

F-1.az xəbər verir ki, Karlos Sayns cümə günü ən sürətli dövrəni vurduqdan sonra şənbə həm məşqləri, həm də sıralanma turunu birinci bitərərk tifozinin ümidinə çevrilib. Yarışa Sayns və Ferstappen ilk, Lekler və Rassell ikinci, Peres və Elbon isə üçüncü cərgədən başlayıblar.

Pirelli buraya yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib. Həmilton, Bottas və Maqnussen start üçün sərt, qalanları isə orta təkərləri seçib.

İsinmə dövrəsində mühərrik problemi yaşayan Tsunoda maşınını kənara çəkib. Buna görə daha bir isinmə dövrəsinə yollanmaq lazım gəlib. Lakin daha sonra start təxliyə məqsədi ilə təxirə salınıb. Svetaforda yaranan problem fasilənin uzanmasına səbəb olub. Təyin olunan vaxtdan 20 dəqiqə sonra sürücülər üçüncü isinmə dövrəsinə yollanıblar, yarış məsafəsi isə 51 dövrəyə endirilib.

Startda Sayns yerini qoruyub, Piastri Elbonu, Norris isə Həmiltonu qabaqlayıb. Hülkenberq 2 yer qazanıb. Ferstappen dəfələrlə Saynsı keçməyə cəhd etsə də, hətta DRS də bunun üçün kifayət etməyib. 11-ci dövrədən etibarən Qasli, Çjou və Maqnussen təkərlərini dəyişiblər. Peres döngəni kəsərək Rasselli keçsə də, yerini qaytarmalı olub.

Sayns 15-ci dövrədə ilk döngədə əylənmədə səhvə yol verib, ikinci döngənin başlanğıcında Ferstappen üstünlüyü ələ keçirib və liderliyi ələ alaraq tezliklə ondan uzaqlaşmağa başlayıb. Peres də 16-cı dövrədə Rasselli ötərək üçüncü yerə qalxıb.

Əsas pit-stop dalğası 20-ci dövrədən etibarən başlayıb. McLaren sürücüləri təmas etsə də, maşınlar zədələnməyib və yollarına davam ediblər. Rassell Okonu trasdan çıxaraq qabaqlayıb və yerini qaytarmadığı üçün 5 saniyəlik cəzalandırılıb. Peres Lekleri 32-ci dövrədə üstələyib. Okon 41-ci dövrədə yarışdan çəkilib.

Həmilton və Piastri toqquşub. Gənc sürücü qırılmış ön qanadını dəyişmək üçün pitə yollanıb, Lyuis isə 5 saniyəlik cəza alıb. Sarcentə də təhlükəli manevrə görə 5 saniyə cəza verilib. Lekler Saynsı qabaqlasa da, ispan sürücü yerini qaytara bilib. Elbonu ötən Həmilton 5 saniyədən çox uzaqlaşa bilib və nəticədə verilən cərimə onun üçün heç bir yer itkisinə səbəb olmayıb. Ferrari sürücülərinin mübarizəsi son metrlərə qədər davam edib.

Maks Ferstappen mövsümdə 12-ci, karyerasında isə 47-ci zəfərini əldə edib. Ardıcıl 10-cu qələbəsinə sevinən niderlandlı sürücü yeni rekord müəyyən edib. Red Bull komandası da ardıcıl 15 qələbə ilə bu sahədəki rekordunu daha da inkişaf etdirib. İkinci olan Serxio Peres komandaya cari mövsümdə altıncı qələbə dublunu gətirib. Podiumun son pilləsi isə Karlos Saynsın olub.

Mübarizə 2 həftə sonra Sinqapurda davam edəcək…

Yer N Sürücü Komanda Zaman Pit
1 1 Maks Ferstappen Red Bull 1
2 11 Serxio Peres Red Bull + 0:06.064 1
3 55 Karlos Sayns Ferrari + 0:11.193 1
4 16 Şarl Lekler Ferrari + 0:11.377 1
5 63 Corc Rassell * Mercedes + 0:23.028 1
6 44 Lyuis Həmilton * Mercedes + 0:42.679 1
7 23 Aleksander Elbon Williams + 0:45.106 1
8 4 Lando Norris McLaren + 0:45.449 1
9 14 Fernando Alonso Aston Martin + 0:46.294 1
10 77 Valtteri Bottas Alfa Romeo + 1:04.056 1
11 40 Lyam Louson AlphaTauri + 1:10.038 2
12 81 Oskar Piastri McLaren + 1:13.074 2
13 2 Loqan Sarcent Williams + 1:18.557 1
14 24 Quanyu Çjou Alfa Romeo + 1:20.164 2
15 10 Pyer Qasli Alpine + 1:22.510 2
16 18 Ləns Stroll Aston Martin + 1:27.266 1
17 27 Niko Hülkenberq Haas +1 dövrə 2
18 20 Kevin Maqnussen Haas +1 dövrə 2

 

* – Rassell və Piastrinin nəticələrinə trasdan çıxaraq üstünlük əldə etdikləri üçün 5 saniyə əlavə edilib.

* – Həmilton və Sarcentin nəticələrinə insidentə görə 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Oskar Piastri (McLaren) – 1:25.072  (43-cü dövrə, 245.142 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Esteban Okon Alpine 41 mexaniki problem
Yuki Tsunoda AlphaTauri 0 güc qurğusu

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Fertappen Oracle Red Bull Racing 364
2 11 Serxio Peres Oracle Red Bull Racing 219
3 14 Fernando Alonso Aston Martin Aramco Cognizant F1 Team 170
4 44 Lyuis Həmilton Mercedes-AMG PETRONAS F1 Team 164
5 55 Karlos Sayns Scuderia Ferrari 117
6 16 Şarl Lekler Scuderia Ferrari 111
7 63 Corc Rassell Mercedes-AMG PETRONAS F1 Team 109
8 4 Lando Norris McLaren F1 Team 79
9 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 47
10 10 Pyer Qasli BWT Alpine F1 Team 37
11 31 Esteban Okon BWT Alpine F1 Team 36
12 81 Oskar Piastri McLaren F1 Team 36
13 23 Aleksander Elbon Williams Racing 21
14 27 Niko Hülkenberq MoneyGram Haas F1 Team 9
15 77 Valtteri Bottas Alfa Romeo F1 Team Stake 6
16 24 Quanyu Çjou Alfa Romeo F1 Team Stake 4
17 22 Yuki Tsunoda Scuderia AlphaTauri 3
18 20 Kevin Maqnussen MoneyGram Haas F1 Team 2

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Honda RBPT 583
2 Mercedes-AMG PETRONAS F1 Team Mercedes 273
3 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 228
4 Scuderia Ferrari Ferrari 217
5 McLaren F1 Team Mercedes 115
6 BWT Alpine F1 Team Renault 73
7 Williams Racing Mercedes 21
8 MoneyGram Haas F1 Team Ferrari 11
9 Alfa Romeo F1 Team Stake Ferrari 10
10 Scuderia AlphaTauri Honda RBPT 3

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*