İtaliya-2023: Üçüncü sərbəst yürüşlər

Yağışlı keçən həftəsonundan sonra havanın iştirakçılara və tamaşaçılara yazığı gəlib - sanki hamı yaya qayıdıb.

F-1.az xəbər verir ki, çoxu aerodinamik boya ilə trasa çıxıb. Bəziləri isə trasın unikallığına görə maşını tam yenidən yığıb.

Kiçik səhvlər baş verib – Həmilton əyləc zamanı təkərləri bloklayaraq ilk döngəni kəsib. Saynsla Tsunoda toqquşmaqdan, Hülkenberq isə mexaniki vurmaqdan son anda yayına bilib. Sarcent bördürlərə hücum edərkən sol güzgüsünü itirib, mexaniklər bu problemi aradan qaldırıblar. Norris Çjou ilə toqquşmamaq üçün trasdan çıxıb, Piastri və Bottas isə çınqıllığa düşüb.

Peresin maşınında yanacaq sızması olduğu üçün sessiyanı tamamlaya bilməyib. Protokollara Karlos Sayns başçılıq edib – 1:20.912. Bizi maraqlı sıralanma turu gözləyir.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 55 Karlos Sayns Ferrari 1:20.912 23
2 1 Maks Ferstappen Red Bull 1:20.998 +0.086 23
3 44 Lyuis Həmilton Mercedes 1:21.453 +0.541 23
4 16 Şarl Lekler Ferrari 1:21.486 +0.574 23
5 14 Fernando Alonso Aston Martin 1:21.711 +0.799 24
6 63 Corc Rassell Mercedes 1:21.730 +0.818 25
7 20 Kevin Maqnussen Haas 1:21.884 +0.972 21
8 27 Niko Hülkenberq Haas 1:21.985 +1.073 27
9 23 Aleksander Elbon Williams 1:22.054 +1.142 18
10 11 Serxio Peres Red Bull 1:22.192 +1.280 16
11 18 Ləns Stroll Aston Martin 1:22.245 +1.333 31
12 40 Lyam Louson AlphaTauri 1:22.296 +1.384 29
13 22 Yuki Tsunoda AlphaTauri 1:22.297 +1.385 28
14 81 Oskar Piastri McLaren 1:22.302 +1.390 17
15 2 Loqan Sarcent Williams 1:22.380 +1.468 23
16 77 Valtteri Bottas Alfa Romeo 1:22.511 +1.599 30
17 4 Lando Norris McLaren 1:22.515 +1.603 24
18 31 Esteban Okon Alpine 1:22.739 +1.827 20
19 24 Quanyu Çjou Alfa Romeo 1:22.742 +1.830 30
20 10 Pyer Qasli Alpine 1:22.852 +1.940 22

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*