F-1.az xatırladır ki, Pirelli ətraf mühitə az zərər vurulması məqsədi ilə buraya hər sürücü üçün 13 yox, 11 təkər dəsti gətirib. Eyni zamanda, sıralanma turunun formatında da dəyişiklik olub – sürücülər ilk sessiyada yalnız Hard (C3), ikinci sessiyada yalnız Medium (C4) və üçüncü sessiyada yalnız Soft (C5) təkərlərdən istifadə ediblər.
İlk sessiyada sürücülərdən bəziləri sərt təkərlərlə əziyyət çəkiblər. Asfaltla ilişmə az olduğundan sürüşmə halları müşahidə edilib. Trasdan tam çıxıldığı üçün bir neçə dövrəvi nəticə də ləğv edilib. Okon çınqıllığa çıxsa da, qayıda bilib. Ferstappen 1:21.573 ilə ən sürətli olub. Stroll, Maqnussen, Okon, Qasli və Çjou sabahkı yarışa son 5 yerdən başlayacaqlar.
İkinci sessiyada Medium təkərlərlə asfaltla ilişmə artıb. Nəticələr də xeyli düzəlib. Ferrari sürücüləri yaxşı nəticələr əldə etsələr də, 1:20.937-lik nəticə Maksı zirvəyə çıxarıb. Bu dəfə mübarizədən kənarda qalan sürücülər Sarcent, Bottas, Hülkenberq, Louson və Tsunoda olublar.
Son sessiyada Ferstappen birinci cəhdində səhvə yol verərək çınqıllığa çıxıb. İkinci cəhdlərdə son dünya çempionu iki Ferrari sürücüsünün arasına girə bilib. Gülən tərəf isə Karlos Sayns olub – 1:20.294.
Beləliklə, Karlos Sayns mövsümdə ilk, karyerasında isə dördüncü poulunu əldə edib. O, sabahkı yarışa ön cərgədən Maks Ferstappenlə birlikdə start verəcək. İkinci cərgədə Şarl Lekler və Corc Rassell, üçüncü cərgədə isə Serxio Peres və Aleksander Elbon qərarlaşacaq.
Görəsən, Ferrari sürücüləri Red Bull və Maks Ferstappenin uğurlarını dayandıra biləcək?
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 55 | Karlos Sayns | Ferrari | 7 | 1:21.965 | 9 | 3 | 1:20.991 | 5 | 1:20.294 | 6 |
2 | 1 | Maks Ferstappen | Red Bull | 1 | 1:21.573 | 9 | 1 | 1:20.937 | 6 | 1:20.307 | 6 |
3 | 16 | Şarl Lekler | Ferrari | 3 | 1:21.788 | 9 | 2 | 1:20.977 | 6 | 1:20.361 | 6 |
4 | 63 | Corc Rassell | Mercedes | 13 | 1:22.148 | 9 | 7 | 1:21.382 | 6 | 1:20.671 | 6 |
5 | 11 | Serxio Peres | Red Bull | 5 | 1:21.911 | 9 | 4 | 1:21.240 | 6 | 1:20.688 | 6 |
6 | 23 | Aleksander Elbon | Williams | 2 | 1:21.661 | 9 | 5 | 1:21.272 | 6 | 1:20.760 | 6 |
7 | 81 | Oskar Piastri | McLaren | 11 | 1:22.106 | 10 | 8 | 1:21.527 | 8 | 1:20.785 | 6 |
8 | 44 | Lyuis Həmilton | Mercedes | 8 | 1:21.977 | 9 | 6 | 1:21.369 | 6 | 1:20.820 | 6 |
9 | 4 | Lando Norris | McLaren | 9 | 1:21.995 | 9 | 10 | 1:21.581 | 8 | 1:20.979 | 6 |
10 | 14 | Fernando Alonso | Aston Martin | 10 | 1:22.043 | 8 | 9 | 1:21.543 | 5 | 1:21.417 | 6 |
11 | 22 | Yuki Tsunoda | AlphaTauri | 4 | 1:21.852 | 9 | 11 | 1:21.594 | 6 | ||
12 | 40 | Lyam Louson | AlphaTauri | 12 | 1:22.112 | 9 | 12 | 1:21.758 | 6 | ||
13 | 27 | Niko Hülkenberq | Haas | 15 | 1:22.343 | 10 | 13 | 1:21.776 | 6 | ||
14 | 77 | Valtteri Bottas | Alfa Romeo | 14 | 1:22.249 | 8 | 14 | 1:21.940 | 6 | ||
15 | 2 | Loqan Sarcent | Williams | 6 | 1:21.930 | 9 | 15 | 1:21.944 | 6 | ||
16 | 24 | Quanyu Çjou | Alfa Romeo | 16 | 1:22.390 | 8 | |||||
17 | 10 | Pyer Qasli | Alpine | 17 | 1:22.545 | 7 | |||||
18 | 31 | Esteban Okon | Alpine | 18 | 1:22.548 | 8 | |||||
19 | 20 | Kevin Maqnussen | Haas | 19 | 1:22.592 | 8 | |||||
20 | 18 | Ləns Stroll | Aston Martin | 20 | 1:22.860 | 9 |