İtaliya-2023: Sayns ad gününü ən yaxşı nəticə ilə bağlayıb

Monzada sentyabrın 1-i isti və günəşli alınıb. Milli avtodromun yerləşdiyi Kral parkındakı ağaclar hələ saralmağa başlamayıb, yay öz ahəngi ilə davam edib.

F-1.az xəbər verir ki, ilk dəqiqələrdə komandalar rahat iş şəraitindən istifadə etsələr də, 5-ci dəqiqədə qırmızı bayraqlar peyda olub – Ləns Strollun maşını yanacaq sistemində yaranan problemlərə görə Askari şikanının çıxışında dayanıb. Rəqiblər pitə qayıdıblar, Aston Martin təxliyə olunub. İlk məşqdə Ləns maşını Felipe Druqoviçə vermişdi, ikinci məşq isə onun üçün vaxtından tez başa çatıb.

Bir neçə dəqiqədən sonra sürücülər yenidən trasa çıxıblar. Monzanın uzun düzlüklərində, demək olar ki, hər kəsin maşınında yenidən yellənmə peyda olub. Dövrəvi nəticə əsasən düzlüklərdəki maksimal sürətdən asılı olub və bununla da hamıda problemlər yaşaıb, çünki havaya qarşı müqaviməti çox yüksək olub.

Serxio Peresin trasdan çıxmaqla baryerlərə çırpılmasından sonra ikinci dəfə qırmızı bayraqlar dalğalanıb. Parabolikada çınqıllığa çıxan meksikalının maşını çınqıl tələsini aşıb və baryerlərə çırpılıb. Bir neçə dəqiqədən sonra sürücülər yenidən trasa qayıdıblar.

Karlos Sayns 1:21.355 nəticə ilə protokollara başçılıq edib, lakin cümə günü əlverişli hava şəraitinə baxmayaraq, heç kim sürət üzərində işləməyib.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 55 Karlos Sayns Ferrari 1:21.355 23
2 14 Lando Norris McLaren 1:21.374 + 0:00.019 19
3 11 Serxio Peres Red Bull 1:21.540 + 0:00.185 17
4 81 Oskar Piastri McLaren 1:21.545 + 0:00.190 21
5 1 Maks Ferstappen Red Bull 1:21.631 + 0:00.276 20
6 16 Şarl Lekler Ferrari 1:21.716 + 0:00.361 23
7 23 Aleks Əlbon Williams 1:21.979 + 0:00.624 19
8 14 Fernando Alonso Aston Martin 1:22.071 + 0:00.716 16
9 63 Corc Rassell Mercedes 1:22.176 + 0:00.821 20
10 27 Niko Hülkenberq Haas 1:22.291 + 0:00.936 19
11 20 Kevin Maqnussen Haas 1:22.574 + 0:01.219 21
12 77 Valtteri Bottas Alfa Romeo 1:22.595 + 0:01.240 19
13 10 Pyer Qasli Alpine 1:22.651 + 0:01.296 22
14 22 Yuki Tsunoda AlphaTauri 1:22.696 + 0:01.341 23
15 31 Esteban Okon Alpine 1:22.716 + 0:01.361 22
16 2 Loqan Sarcent Williams 1:22.755 + 0:01.400 24
17 44 Lyuis Həmilton Mercedes 1:22.783 + 0:01.428 23
18 40 Liam Louson AlphaTauri 1:23.167 + 0:01.812 23
19 24 Quanyu Çjou Alfa Romeo 1:23.346 + 0:01.991 20
20 18 Ləns Stroll Aston Martin 2
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*