İtaliya-2023: Ferstappen ilk məşqlərdə liderlik edib

Zandfortda soyuq və yağışlı havadan sonra, payızın ilk günündə Monzada yayda olduğu kimi isti idi. İtalyan treki bu il istifadə olunmayan unikal sazlanmalar tələb edir - ona görə də sürücülər ilk dəqiqələrdən trasa çıxıblar.

F-1.az xəbər verir ki, Aston Martində müvəqqəti əvəzetmə olub – Felipe Druqoviç Ləns Strollun maşınının sükanı arxasına keçib.

Cümə günü artıq tribunalarda qırmızı geyinmiş azarkeşlər çoxluq təşkil ediblər, bazar günü tam anşlaq gözlənilir. Ferrari və Alfa Romeo ev yarışı üçün maşınların rəng çalarlarını da dəyişiblər.

Quanyu Çjou pit-leynin çıxışında dayanıb – mexaniklər maşını pitə qaytarıblar, onun komanda yoldaşı isə elə boksun bir neçə metrliyində dayanıb – komanda hər iki maşında nasazlığın səbəblərini axtarmağa başlayıb.

Sessiya isə sakir və problemsiz keçib, yalnız bir neçə sürücülər trasdan çıxıblar, ancaq maşınalr zədələnməyib. Maks Ferstappen 1:22.657 saniyəlik nəticə ilə protokollara başçılıq edib.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 1 Maks Ferstappen Red Bull 1:22.657 31
2 55 Karlos Sayns Ferrari 1:22.703 + 0:00.046 28
3 11 Serxio Peres Red Bull 1:22.834 + 0:00.177 30
4 16 Şarl Lekler Ferrari 1:22.966 + 0:00.309 22
5 63 Corc Rassell Mercedes 1:23.189 + 0:00.532 28
6 14 Fernando Alonso Aston Martin 1:23.214 + 0:00.557 24
7 4 Lando Norris McLaren 1:23.241 + 0:00.584 22
8 44 Lyuis Həmilton Mercedes 1:23.269 + 0:00.612 26
9 22 Yuki Tsunoda AlphaTauri 1:23.271 + 0:00.614 23
10 23 Aleks Əlbon Williams 1:23.444 + 0:00.787 18
11 81 Oskar Piastri McLaren 1:23.446 + 0:00.789 24
12 2 Loqan Sarcent Williams 1:23.661 + 0:01.004 21
13 40 Liam Louson AlphaTauri 1:23.833 + 0:01.176 29
14 10 Pyer Qasli Alpine 1:23.931 + 0:01.274 26
15 77 Valtteri Bottas Alfa Romeo 1:23.952 + 0:01.295 17
16 27 Niko Hülkenberq Haas 1:24.067 + 0:01.410 23
17 31 Esteban Okon Alpine 1:24.090 + 0:01.433 26
18 34 Felipe Druqoviç Aston Martin 1:24.140 + 0:01.483 24
19 20 Kevin Maqnussen Haas 1:24.217 + 0:01.560 24
20 24 Quanyu Çjou Alfa Romeo 1:24.232 + 0:01.658 17
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*