F-1.az xatırladır ki, cümə günü sərbəst yürüşlərdə əvvəlcə Şarl Lekler, sonra isə Karlos Sayns hamını üstələyib. Dünən isə Maks Ferstappen ən yaxşı nəticəni göstərib. Sıralanma turunda monakolu sürücü poulun sahibi olmağı bacarıb.
Aleksandere Elbonun səhhət problemi Nik de Vrizə Formula1-də ilk dəfə yarışda iştirak etmək şansı yaradıb.
Motor dəyişikliklərinə görə 9 sürücü startda yer itirib.
Pirelli buraya Hard, Medium və Soft təkərlər rolunda orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Lekler, Rassell, Ferstappen, de Vriz və Okon yumşaq, qalanlar isə orta təkərlərlə start alıblar.
Cəzalar star düzümünü də maraqlı edib – yarışa ilk cərgədən Lekler və Rassell, ikinci cərgədən Norris və Rikkardo, üçüncü cərgədən Qasli və Alonso yarışa başlayıblar. Ferstappenin başlama mövqeyi isə 7 olub.
Lekler startda yerini qoruyub, Norris xeyli geriləyib. Bottas Maqnussenlə toqquşmadan sonra axırıncı yerə yuvarlanıb. Ferstappen əla startla elə ilk dövrədəcə üçüncü yerə qalxıb. 2-ci dövrədə ilk onluq: Lekler – Rassell – Ferstappen – Rikkardo – Qasli – Norris – Alonso – de Vriz – Çjou – Stroll.
Həmilton Şumaxeri keçsə də, alman sürücü yerini qaytarıb. Lakin Luis növbəti cəhdində uğurlu olub. Maks Rasselli keçmək üçün cəmi 5 dövrəyə ehtiyac duyub. Sayns Okonu, Fetteli və Strollu geridə qoyaraq ilk onluğa çatıb. Tsunoda da Latifini ötüb.
Peres 8-ci dövrədə erkən pit-stopdan sonuncu yerdə qayıdıb və sağ ön əyləcində tüstülənmə olub. Sayns de Vrizi də keçib. Okon Fettellə, Həmilton isə Tsunoda ilə mübarizədən qalib ayrılıb. Sayns Qaslini qabaqlayıb. Fettel motor güc itirdiyi üçün maşını kənara çəkib və VTM rejimi elan edilib. Yalnız Lekler təkərlərini dəyişdirib və trasa 3-cü qayıdıb. Tezliklə yaşıl bayraqlar peyda olub və mübarizə davam edib.
Sayns Rikkardo da geridə qoyub. Latifi pit-stopa yollanıb. Həmilton Strolla mübarizədən qalib ayrılıb. Maqnussen Latifi ilə mübarizədə tras hüdudlarını pozaraq önə keçib və mövqeyini geri qaytarmadığı üçün stüardlar tərəfindən 5 saniyəlik cəza alıb. Alonso 18-ci dövrədə Norris keçilib. 19-cu dövrədə Qasli, Çou və Stroll, 20-ci dövrədə Rikkardo, de Vriz, Okon və Tsunoda, 24-cü dövrədə isə Rassell təkərlərini dəyişib.
Peres Şumaxeri üstələyib. Maqnussen 25-ci dövrədə cəzasını da ödəyərək yeni təkərə keçib, ondan bir dövrə sonra isə Maks pit yoluna üz tutub. Çempionatın lideri əsas təqibçisindən 10 saniyə geridə mübarizəyə qayıdıb. Həmilton Alonsonu ötüb, Sayns yarışın son seqmenti üçün Soft təkərləri seçib.
Alonso 32-ci dövrədə soyutma sistemindəki problemlərə görə boksa gələrək mübarizəni dayandırıb. Sayns Peresi geridə qoyub, Lekler növbəti pit-stopuna yollanıb, Soft təkərlərlə Maksın 19 saniyə gerisində trasa qayıdıb. Həmilton, Şumaxer, Norris və Bottas təkər dəyişdirməyə dəvət ediliblər. 37-ci dövrədə ilk onluq: Ferstappen – Lekler – Rassell – Sayns – Peres – Rikkardo – Həmilton – Qasli – Norris – de Vriz.
Həmilton Rikkardonu, Norris isə Qaslini keçib. Rikkardo komanda yoldaşı ilə mübarizəni də uduzub. Şarl Maksa çatmaq üçün tempini artırıb, lakin niderlandlı sürücü də vəziyyətə yaxşı nəzarət edib. Stroll əyləclər çox qızdığı üçün boksa gələrək yarışı dayandırıb.Şumaxer və Bottas Latifini geridə qoyublar.
Red Bull sürətli dövrəni Leklerdən almaq üçün Peresi Soft təkərlərə keçirib. Rikkardo 47-ci dövrədə güc qurğusunda yaranan problemə görə trasda dayanıb. TM trasa daxil olub, Rassell, Sayns, Norris, Ferstappen, Tsunoda, Lekler və Latifi dərhal təkərlərini dəyişiblər.
De Vriz Çjounun önündə anidən dayandığı üçün yarışdan sonra stüardlardan qınama cəzası alıb. Danielin maşınını qısa zamanda təxliyə etmək mümkün olmayıb və yarış TM arxasında başa çatıb.
Beləliklə, Maks Ferstappen ardıcıl 5-ci, mövsümdə 11-ci, karyerasında isə 31-ci qələbəsinə sevinib. Şarl Lekler və Corc Rassell podiumun növbəti pillələrində qərarlaşıblar. Nik de Vriz debüt yarışında xal qazanan 67-ci sürücü olub.
Mübarizə 3 həftə sonra Sinqapurda davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Mövqe |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:20:27.511 | 2 |
2 | 16 | Şarl Lekler | Ferrari | + 0:02.446 | 3 |
3 | 63 | Corc Rassell | Mercedes | + 0:03.405 | 2 |
4 | 55 | Karlos Sayns | Ferrari | + 0:05.061 | 2 |
5 | 44 | Lyuis Həmilton | Mercedes | + 0:05.380 | 1 |
6 | 11 | Serxio Peres | Red Bull | + 0:06.091 | 2 |
7 | 4 | Lando Norris | McLaren | + 0:06.207 | 2 |
8 | 10 | Pyer Qasli | AlphaTauri | + 0:06.396 | 1 |
9 | 34 | 9. Н.де Вриз | Williams | + 0:07.122 | 1 |
10 | 24 | Quanyu Çjou | Alfa Romeo | + 0:07.910 | 1 |
11 | 31 | Esteban Okon | Alpine | + 0:08.323 | 1 |
12 | 47 | Mik Şumaxer | Haas | + 0:08.549 | 1 |
13 | 77 | Valtteri Bottas | Alfa Romeo | +1 dövrə | 1 |
14 | 22 | Yuki Tsunoda | AlphaTauri | +1 dövrə | 2 |
15 | 6 | Nikolas Latifi | Williams | +1 dövrə | 2 |
16 | 20 | Kevin Maqnussen | Haas | +1 dövrə | 2 |
Sürətli dövrə: Serxio Peres (Red Bull) – 1:24.030 (47-ci dövrə, 248.182 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Daniel Rikkardo | McLaren | 47 | güc qurğusu |
Ləns Stroll | Aston Martin | 41 | əyləc |
Fernando Alonso | Alpine | 33 | soyutma sistemi |
Sebastyan Fettel | Aston Marin | 13 | güc qurğusu |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 1 | Maks Ferstappen | Red Bull Racing | 335 | |
2 | 16 | Şarl Lekler | Scuderia Ferrari | 219 | |
2 | 11 | Serxio Peres | Red Bull Racing | 210 | |
4 | 63 | Corc Rassell | Mercedes-AMG Petronas F1 Team | 203 | |
5 | 55 | Karlos Sayns | Scuderia Ferrari | 187 | |
6 | 44 | Lyuis Həmilton | Mercedes-AMG Petronas F1 Team | 168 | |
7 | 4 | Lando Norris | McLaren Racing | 88 | |
8 | 31 | Esteban Okon | Alpine F1 Team | 66 | |
9 | 14 | Fernando Alonso | Alpine F1 Team | 59 | |
10 | 77 | Valtteri Bottas | Alfa Romeo F1 Team ORLEN | 46 | |
11 | 10 | Pyer Qasli | Scuderia AlphaTauri | 22 | |
12 | 10 | Kevin Maqnussen | Haas F1 Team | 22 | |
12 | 5 | Sebastyan Fettel | Aston Martin Aramco Cognizant F1 Team | 20 | |
14 | 3 | Daniel Rikkardo | McLaren Racing | 19 | |
15 | 47 | Mik Şumaxer | Haas F1 Team | 12 | |
16 | 22 | Yuki Tsunoda | Scuderia AlphaTauri | 11 | |
17 | 24 | Quanyu Çjou | Alfa Romeo F1 Team ORLEN | 6 | |
18 | 18 | Ləns Stroll | Aston Martin Aramco Cognizant F1 Team | 5 | |
19 | 23 | Aleksander Elbon | Williams Racing | 4 | |
20 | 34 | Nik de Vriz | Williams Racing | 2 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Red Bull | 545 |
2 | Scuderia Ferrari | Ferrari | 406 |
3 | Mercedes-AMG Petronas F1 Team | Mercedes | 371 |
4 | Alpine F1 Team | Renault | 125 |
5 | McLaren F1 Team | Mercedes | 107 |
5 | Alfa Romeo F1 Team ORLEN | Ferrari | 52 |
6 | Haas F1 Team | Ferrari | 34 |
8 | Scuderia AlphaTauri | Red Bull | 33 |
9 | Aston Martin Aramco Cognizant F1 Team | Mercedes | 25 |
10 | Williams Racing | Mercedes | 6 |