İtaliya-2022: Birinci sərbəst yürüşlər

Sessiyanın başlamasına 10 dəqiqə qalmış bir gün əvvəl vəfat edən kraliçanın xatirəsi bir dəqiqəlik sükutla yed edilib. Bəzi komandalar və sürücülər qara rəngdən istifadə ediblər.

F-1.az bildirir ki, iki komanda ehtiyat sürücülərin köməyindən istifadə edib – Haas komandasında Mik Şumaxerin maşını Antonio Covinatsiyə tapşırılıb, Aston Martin-də isə Sebastyan Fetteli gənc Nik de Vriz əvəz edib.

Dünən özünü pis hiss edən Qasli bu gün sükan arxasında olub, lakin 4 dövrədən sonra telemetriya problemlərinə görə boksa çağrılıb. Sonra isə trasa qayıdıb. İlk şikananı kəssə də, ciddi bir şey baş verməyib.

Norris və Saynsın müvafiq olaraq Ferstappen və Rassellin sürətli dövrələrinə mane olmasını, Sayns və Vrizin çınqıllığa düşməsini saymasaq, sessiya sakit və insidentsiz keçib.

Protokolda ilk sıraya adını 1:22.410-lik nəticə ilə Şarl Lekler yazdırıb. Məşqlər bu gün davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:22.410 24
2 55 Karlos Sayns Ferrari 1:22.487 + 0:00.077 22
3 63 Corc Rassell Mercedes 1:22.689 + 0:00.279 26
4 44 Lyuis Həmilton Mercedes 1:22.831 + 0:00.421 23
5 1 Maks Ferstappen Red Bull 1:22.840 + 0:00.430 26
6 31 Esteban Okon Alpine 1:23.075 + 0:00.665 27
7 14 Fernando Alonso Alpine 1:23.099 + 0:00.689 25
8 22 Yuki Tsunoda AlphaTauri 1:23.260 + 0:00.850 26
9 77 Valtteri Bottas Alfa Romeo 1:23.394 + 0:00.984 26
10 3 Daniel Rikkardo McLaren 1:23.511 + 0:01.101 25
11 23 Aleksander Elbon Williams 1:23.529 + 0:01.119 23
12 24 Quanyu Çjou Alfa Romeo 1:23.570 + 0:01.160 27
13 10 Pyer Qasli AlphaTauri 1:23.640 + 0:01.230 27
14 11 Serxio Peres Red Bull 1:23.661 + 0:01.251 20
15 18 Ləns Stroll Aston Martin 1:23.688 + 0:01.278 27
16 4 Lando Norris McLaren 1:23.856 + 0:01.446 26
17 20 Kevin Maqnussen Haas 1:24.006 + 0:01.596 23
18 99 Antonio Covinatsi Haas 1:24.317 + 0:01.907 24
19 Nik de Vriz Aston Martin 1:24.731 + 0:02.321 22
20 6 Nikolas Latifi Williams 1:24.941 + 0:02.531 23
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*