F-1.az xatırladır ki, cümə günü və dünən baş tutan sərbəst yürüşlərin qalibi Lyuis Həmilton olsa da, sıralanma turunda koanda yoldaşı Valtteri Bottasa məğlub olub. Finlandiyalı sürücümü mükəmməl çıxışını sprint yarışında da davam etdirərək finiş xəttini birinci keçsə də, onun komanda yoldaşı üçün fiasko olub. Lyuis Həmilton ön cərgədən başladığı qısa yarışı yalnız beşinci yerdə başa vura bilib. Valtteri yeni motora keçdiyi üçün yarışa son sıradan başlayacağı əvvəlcədən məlum olub.
Sprint yarışının nəticələrinə əsasən, Ferstappen və Rikkardo ilk, Norris və Həmilton ikinci, Lekler və Sayns isə üçüncü cərgədən start alıblar. Burada qəza edən Qasli də yeni güc qurğusuna keçib və start üçün pit yolunda gözləyib.
Pirelli buraya orta üçlüyü – C2, C4 və C4 tərkiblərini gətirib. Təkər seçimi sərbəst olub. Həmilton, Kubitsa, Bottas və Qasli sərt, qalanlar isə orta təkərlərlə yarışa başlayıblar.
Startda Rikkardo liderliyə yüksəlib, Həmilton Norrisi keçib və Maksa hücumlar etməyə başlayıb. Lakin Max onun yolunu kəsərək çölə çıxmağa məcbur edib və nəticədə Lyuis yenidən Norrisin gerisinə düşüb. Covinatsi Saynsla toqquşmadan sonra trasdan çıxıb və maşını divara vurub. Sonra isə trasa ehtiyatsız qayıtdığı üçün 5 saniyə cəzası alıb. Dərhal pit-stop edərək həm təkərlərini, həm də ön qanadını dəyişdirib. Stroll Fetteli ötərkən onu çölə çıxarıb və alman sürücü bir neçə yer itirməli olub. Tsunoda əyləc probleminə görə mübarizəni dayandırıb. 2-ci dövrədə ilk onluq: Rikkardo – Ferstappen – Norris – Həmilton – Lekler – Sayns – Peres – Stroll -Alonso – Okon.
Bottas sürətlə yüksəlib, artıq beşinci dövrədə Rasselli keçərək 14-cü sıraya qalxıb. Qasli boksa gəlib və mübarizədən çəkilib. AlphaTauri üçün ev yarışı elə ilk dövrələrdən bitib. Ferstappen və Həmilton McLaren sürücülərinə təzyiq etsələr də, onları keçməyə nail olmayıblar. Latifi Okonu keçərək ilk onluğa yüksəlib. 9-cu dövrədə Peres Saynsı, Bottas isə Fetteli üstələyib.
Finlandiyalı sürücü daha sonra Okon və Latifini də keçib və 10-cu olub. Fettel və Okon arasında 15-ci dövrədə yaşanan təmas ikincinin 5 saniyə cəza alması ilə nəticələnib. Valtteri 22-ci dövrəyə qədər Alonso və Strollu da keçərək yüksəlişini davam etdirib. Rikkardo 23-cü dövrədə pit-stop edib. Red Bull məcburi dərhal ona cavab verib, lakin Maksın maşınına xidmət 8 saniyə gecikmə ilə edilib. Məhz bu an Həmilton Norrisi keçərək liderliyə yüksəlib, Latifi və Şumaxer təkərlərini dəyişiblər.
Norris və Mazepin 24-cü, Həmilton, Stroll və Alonso isə 25-ci dövrədə pit yoluna dəvət edilib. Lyuis üçün edilən pit-stop da bir qədər gecikmə ilə baş tutub, lakin o çempionatdakı əsasa rəqibi Ferstappenin qarşısında trasa qayıda bilib. Maks ona hücum edib və döngəyə yanaşı giriblər, lakin ikinci döngənin çıxışında toqquşma baş verib, hər ikisi üçün yarış başa çatıb. Təhlükəsizlik Maşını trasa çıxıb, Lekler, Peres, Sayns, Bottas, Okon, Rassell, Fettel və Kubitsa təzə təkərlər üçün pit-stopa yollanıblar. TM arxasında ilk onluq: Rikkardo – Lekler – Norris – Peres – Sayns – Bottas – Stroll – Alonso – Rassell – Latifi.
Restart 30-cü dövrədə verilib. Rikkardo liderliyini qoruyub, Norris Lekleri geridə qoyub. Haas sürücüləri arasında insident baş verib və Nikita 5 saniyəlik cəza alıb. 32-ci dövrədə Bottas Saynsı, Peres isə Lekleri qabaqlayıb. Trasdan çıxaraq üstünlük əldə etdiyi üçün növbəti 5 saniyəlik cəza da Peresə verilib. Bottas 2 dövrə sonra ikinci cəhdində Lekleri keçməyi bacarıb.
Liderlər qrupunda Rikkardodan başqa hamı DRS-i açsa da, bunun heç bir xeyri olmayıb. Şumaxer Mazepini ötüb, rusiyalı sürücü 40-cı dövrədə pit-stop edib. Lakin 4 dövrə sonra motor güc itirdiyi üçün Ascari döngəsi yaxınlığındakı təhlükəsizlik zonasında maşını saxlayıb. Bottas Peresi ötsə də, meksikalı sürücü yerini qaytara bilib. VTM rejimi təxliyəyə görə bir neçə dəqiqəlik aktiv edilib. Fettel yaşıl işıqlar yandıqdan sonra Kubitsanı ötüb.
Daniel Rikkardo mövsümdə ilk, karyerasında isə 8-ci zəfərini əldə edib. Bu, həm də McLaren üçün 2012-ci ilin son yarışı Braziliya Qran Prisindən bəri ilk qələbədir. Lando Norris ikinci yeri tutaraq komandaya 11 ildən – 2010-cu ildə baş tutmuş Kanada Qran Prisindən sonra ilk dubl gətirib. Yarışa ən arxadan başlayan Valtteri Bottas isə möhtəşəm çıxışı və Peresin cəzası nəticəsində podiumu tamamlayan sürücü olub.
Mübarizə iki həftə sonra Soçidə davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 3 | Daniel Rikkardo | McLaren | 1:21:54.365 | 1 |
2 | 4 | Lando Norris | McLaren | +1.747 | 1 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | +4.921 | 1 |
4 | 16 | Şarl Lekler | Ferrari | +7.309 | 1 |
5 | 11 | Serxio Peres | Red Bull | +8.723 | 1 |
6 | 55 | Karlos Sayns | Ferrari | +10.535 | 1 |
7 | 18 | Ləns Stroll | Aston Martin | +15.804 | 1 |
8 | 14 | Fernando Alonso | Alpine | +17.201 | 1 |
9 | 63 | Corc Rassell | Williams | +19.742 | 1 |
10 | 31 | Esteban Okon | Alpine | +20.868 | 1 |
11 | 6 | Nikolas Latifi | Williams | +23.743 | 1 |
12 | 5 | Sebastyan Fettel | Aston Martin | +24.621 | 2 |
13 | 99 | Antonio Covinatsi | Alfa Romeo | +27.216 | 2 |
14 | 88 | Robert Kubitsa | Alfa Romeo | +29.769 | 1 |
15 | 47 | Mik Şumaxer | Haas | +51.088 | 1 |
* – Serxio Peres trasın hüdudlarından kənara çıxıb üstünlük qazanaraq ötmə etdiyi üçün nəticəsinə 5 saniyə əlavə edilib.
Sürətli dövrə: Daniel Rikkardo (McLaren) – 1:24.812 (53-cü dövrə, 245.894 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Nikita Mazepin | Haas | 44 | güc qurğusu |
Lyuis Həmilton | Mercedes | 26 | qəza |
Maks Ferstappen | Red Bull | 26 | qəza |
Pyer Qasli | AlphaTauri | 5 | mexaniki problemlər |
Yuki Tsunoda | AlphaTauri | 1 | əyləclər |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 33 | Maks Ferstappen | Red Bull Racing | 226.5 | |
2 | 44 | Lyuis Həmilton | Mercedes-AMG Petronas F1 Team | 221.5 | |
3 | 77 | Valtteri Bottas | Mercedes-AMG Petronas F1 Team | 141 | |
4 | 4 | Lando Norris | McLaren Racing | 132 | |
5 | 11 | Serxio Peres | Red Bull Racing | 118 | |
6 | 16 | Şarl Lekler | Scuderia Ferrari Mission Winnow | 104 | |
7 | 55 | Karlos Sayns | Scuderia Ferrari Mission Winnow | 97.5 | |
8 | 3 | Daniel Rikkardo | McLaren Racing | 83 | |
9 | 10 | Pyer Qasli | Scuderia AlphaTauri Honda | 66 | |
10 | 14 | Fernando Alonso | Alpine F1 Team | 50 | |
11 | 31 | Esteban Okon | Alpine F1 Team | 45 | |
12 | 5 | Sebastyan Fettel | Aston Martin Cognizant F1 Team | 35 | |
13 | 18 | Ləns Stroll | Aston Martin Cognizant F1 Team | 24 | |
14 | 22 | Yuki Tsunoda | Scuderia AlphaTauri Honda | 18 | |
15 | 63 | Corc Rassell | Williams Racing | 15 | |
16 | 6 | Nikolas Latifi | Williams Racing | 7 | |
17 | 7 | Kimi Rəykkönen | Alfa Romeo Racing ORLEN | 2 | |
18 | 99 | Antonio Covinatsi | Alfa Romeo Racing ORLEN | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas F1 Team | Mercedes | 362.5 |
2 | Red Bull Racing | Honda | 344.5 |
3 | McLaren Racing | Mercedes | 215 |
4 | Scuderia Ferrari Mission Winnow | Ferrari | 201.5 |
5 | Alpine F1 Team | Renault | 95 |
6 | Scuderia AlphaTauri Honda | Honda | 84 |
7 | Aston Martin Cognizant F1 Team | Mercedes | 59 |
8 | Williams Racing | Mercedes | 22 |
9 | Alfa Romeo Racing ORLEN | Ferrari | 3 |