F-1.az xatırladır ki, dünən və bu gün baş tutan sərbəst yürüşlərin qalibi Lyuis Həmilton olsa da, sıralanma turunda koanda yoldaşı Valtteri Bottasa məğlub olub.
Sayns bugünkü məşqlərdə ciddi qəza edib. Həkimlər onun sprint yarışına çıxmasına icazə veriblər. Yarışa qədər kifayət qədər zaman olduğundan, Ferrari mexanikləri maşını tam hazır vəziyyətə gətirə biliblər.
Yarışa Mercedes sürücüləri ilk, Ferstappen və Norris ikinci, Rikkardo və Qasli isə üçüncü sıradan başlayıblar. Təkər seçimi sərbəst olub. Norris, Rikkardo, Fettel, Stroll, Alonso, Okon və Tsunoda yumşaq, yerdə qalanlar isə orta təkərlərlə start alıblar.
Startda Bottas liderliyini qoruyub, Ferstappen Həmiltonu keçib. Lyuis hətta altıncı yerə qədər geriləyib. Qasli Rikkardo ilə toqquşma zamanı ön qanadını zədələyib və Curve Grande döngəsində trasdan çıxaraq bariyerlərlə toqquşub. Təhlükəsizlik Maşını dərhal trasa çıxıb. Tsunoda təkərlərini dəyişib. 2-ci dövrədə ilk onluq: Bottas – Ferstappen – Rikkardo – Norris – Həmilton – Lekler – Sayns – Covinatsi – Stroll – Peres.
Restart 4-cü dövrədə verilib. İlk onluqda dəyişiklik olmayıb, Alonso Fetteli üstələyərək 11-ci yerə qalxıb. Rassell 2 dövrə sonra Mazepini geridə qoyub. Peres 9-cu dövrədə Strollu ilk döngədəki şikananı kəsərək keçib. Mövqeyini məcburi geri qaytarsa da, növbəti dövrədə eyni yerdə onu asanlıqla geridə qoyub. Həmilton Norrisə təzyiqlər göstərməyə başlayıb, lakin hətta DRS köməyi ilə də hücum edə bilməyib.
Valtteri Bottas ilk sıradan başladığı qısa yarışı elə birinci də tamamlayıb. Lakin güc qurğusu elementlərini dəyişdirdiyi üçün yer itirməli olan finlandiyalı sürücü sabahkı əsas yarışa son sıradan başlayacaq. Maks Ferstappen ikinci yer tutaraq çempionatdakı xal fərqini 5-ə çatdırıb və sabah bunu daha da artırmaq şansı var. O, həm də poulun sahibi olub. Daniel Rikkardo isə üçüncü olaraq 1 xal qazanıb, sabahkı yarışa isə ilk cərgədən başlayacaq.
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Mövqe |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | – | 3 |
2 | 33 | Maks Ferstappen | Red Bull | + 0:02.325 | 2 |
3 | 3 | Daniel Rikkardo | McLaren | + 0:14.534 | 1 |
4 | 4 | Lando Norris | McLaren | + 0:18.835 | |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | + 0:20.011 | |
6 | 16 | Şarl Lekler | Ferrari | + 0:23.442 | |
7 | 55 | Karlos Sayns | Ferrari | + 0:27.952 | |
8 | 99 | Antonio Covinatsi | Alfa Romeo | + 0:31.089 | |
9 | 11 | Serxio Peres | Red Bull | + 0:31.680 | |
10 | 18 | Ləns Stroll | Aston Martin | + 0:38.671 | |
11 | 14 | Fernando Alonso | Alpine | + 0:39.795 | |
12 | 5 | Sebastyan Fettel | Aston Martin | + 0:41.177 | |
13 | 31 | Esteban Okon | Alpine | + 0:43.373 | |
14 | 6 | Nikolas Latifi | Williams | + 0:45.977 | |
15 | 63 | Corc Rassell | Williams | + 0:46.821 | |
16 | 22 | Yuki Tsunoda | AlphaTauri | + 0:49.977 | |
17 | 9 | Nikita Mazepin | Haas | + 1:02.599 | |
18 | 88 | Robert Kubitsa | Alfa Romeo | + 1:05.096 | |
19 | 47 | Mik Şumaxer | Haas | + 1:06.154 |
Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:23.502(9-cu dövrə, 249.752 km/s)
MÜBARİZƏNİ DAYANDIRAN:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Pyer Qasli | AlphaTauri | 1 | qəza |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Пилот | Страна | Команда | Очки | ||
1 | 33 | Maks Ferstappen | Red Bull Racing | 226.5 | |
2 | 44 | Lyuis Həmilton | Mercedes-AMG Petronas F1 Team | 221.5 | |
3 | 77 | Valtteri Bottas | Mercedes-AMG Petronas F1 Team | 126 | |
4 | 4 | Lando Norris | McLaren Racing | 114 | |
5 | 11 | Serxio Peres | Red Bull Racing | 108 | |
6 | 16 | Şarl Lekler | Scuderia Ferrari Mission Winnow | 92 | |
7 | 55 | Karlos Sayns | Scuderia Ferrari Mission Winnow | 89.5 | |
8 | 10 | Pyer Qasli | Scuderia AlphaTauri Honda | 66 | |
9 | 3 | Daniel Rikkardo | McLaren Racing | 57 | |
10 | 14 | Fernando Alonso | Alpine F1 Team | 46 | |
11 | 31 | Esteban Okon | Alpine F1 Team | 44 | |
12 | 5 | Sebastyan Fettel | Aston Martin Cognizant F1 Team | 35 | |
13 | 22 | Yuki Tsunoda | Scuderia AlphaTauri Honda | 18 | |
14 | 18 | Ləns Stroll | Aston Martin Cognizant F1 Team | 18 | |
15 | 63 | Corc Rassell | Williams Racing | 13 | |
16 | 6 | Nikolas Latifi | Williams Racing | 7 | |
17 | 7 | Kimi Rəykkönen | Alfa Romeo Racing ORLEN | 2 | |
18 | 99 | Antonio Covinatsi | Alfa Romeo Racing ORLEN | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas F1 Team | Mercedes | 347.5 |
2 | Red Bull Racing | Honda | 334.5 |
3 | Scuderia Ferrari Mission Winnow | Ferrari | 181.5 |
4 | McLaren Racing | Mercedes | 171 |
5 | Alpine F1 Team | Renault | 90 |
6 | Scuderia AlphaTauri Honda | Honda | 84 |
7 | Aston Martin Cognizant F1 Team | Mercedes | 53 |
8 | Williams Racing | Mercedes | 20 |
9 | Alfa Romeo Racing ORLEN | Ferrari | 3 |