F-1.az xatırladır ki, sıralanma turundan sonra maşınlar qapalı parkda olur və onlara heç bir dəyişiklik edilə bilməz. Lakin sürücülərin müxtəlif miqdarda yanacaq götürərək təkərlərin səmərəliliyini yoxlamaq imkanları var. Bu dəfə də daha çox orta və yumşaq təkərlərlə işləyiblər.
Sayns 27-ci dəqiqədə Ascari döngəsində ciddi qəza edib. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Zərbə güclü olub. Karlos özü maşından enib və müayinə üçün tibbi mərkəzə göndərilib. Ferrari mexanikləri sprint yarışına qədər maşını bərpa etmək üçün xeyli çalışmalı olacaqlar.
Fasilə 12 dəqiqə davam edib və məşqlərin davamı üçün yaşıl işıq yandırılıb. Komandanın digər sürücüsü Lekler özünü yaxşı hiss etmədiyini bildirib və sessiyanı erkən başa vurub.
Lyuis Həmilton dünən olduğu kimi, bu gün də məşqlərin ən sürətlisi olub – 1:23.246.
Sprint yarışı Bakı vaxtı ilə 18:30-da start götürəcək.
Пилот | Команда | Время | Разница | Круги | |
44 | Lyuis Həmilton | Mercedes AMG | 1:23.246 | – | 25 |
77 | Valtteri Bottas | Mercedes AMG | 1:23.468 | + 0:00.222 | 24 |
33 | Maks Ferstappen | Red Bull | 1:23.662 | + 0:00.416 | 23 |
11 | Serxio Peres | Red Bull | 1:23.917 | + 0:00.671 | 29 |
31 | Esteban Okon | Alpine | 1:24.263 | + 0:01.017 | 20 |
88 | Robert Kubitsa | Alfa Romeo | 1:24.280 | + 0:01.034 | 28 |
99 | Antonio Covinatsi | Alfa Romeo | 1:24.502 | + 0:01.256 | 26 |
14 | Fernando Alonso | Alpine | 1:24.539 | + 0:01.293 | 16 |
10 | Pyer Qasli | AlphaTauri | 1:24.654 | + 0:01.408 | 24 |
4 | Lando Norris | McLaren | 1:24.665 | + 0:01.419 | 27 |
16 | Şarl Lekler | Ferrari | 1:24.770 | + 0:01.524 | 21 |
3 | Daniel Rikkardo | McLaren | 1:24.774 | + 0:01.528 | 24 |
6 | Nikolas Latifi | Williams | 1:24.805 | + 0:01.559 | 23 |
63 | Corc Rassell | Williams | 1:25.083 | + 0:01.837 | 22 |
22 | Yuki Tsunoda | AlphaTauri | 1:25.422 | + 0:02.176 | 32 |
9 | Nikita Mazepin | Haas | 1:25.729 | + 0:02.483 | 23 |
18 | Ləns Stroll | Aston Martin | 1:25.763 | + 0:02.517 | 28 |
5 | Sebastyan Fettel | Aston Martin | 1:25.935 | + 0:02.689 | 28 |
47 | Mik Şumaxer | Haas | 1:26.012 | + 0:02.766 | 25 |
55 | Karlos Sayns | Ferrari | 1:26.124 | + 0:02.878 | 14 |