F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, sürücülər yerli saatla 15:10-da isinmə dövrəsinə yollanacaqlar. Bu vaxt hava dəyişkən buludlu olacaq, zəif cənub-şərq küləyi əsəcək. Termometrlər maksimum +26 dərəcəni gözləyirlər.
Montsada hava bazar ertəsi axşamı pisləşəcək, lakin yarış əsnasında yağıntı ehtimalı 10%-dən çox deyil.