F-1.az bildirir ki, artıq bu həftəsonundan etibarən sürücülər sevimli “bayram rejimi”-dən məhrum olublar. Buna görə də, hamıya güc nisbətlərinin necə olacağı maraqlıdır. Komandalar güc və etibarlılıq arasında düzgün uzlaşmanı tapmalıdırlar.
Dünənki məşqlərdə hadisələr çox olsa da, bu sessiya sakit keçib. Sona 10 dəqiqə qalmış Rikkardo motordakı problemə görə dayanmalı olub. Qırmızı bayraqlar dalğalanıb və sürücülər bokslara qayıtmalı olublar. Bir qədər sonra restart verilsə də, vaxt tamamlanıb.
İlk məşqlərdə olduğu kimi, bu dəfə də Valtteri Bottas hamıdan üstün olub – 1:20.089. Bizi çox maraqlı sıralanma turu gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:20.089 | – | 14 |
2 | 55 | Karlos Sayns | McLaren | 1:20.318 | + 0:00.229 | 14 |
3 | 4 | Lando Norris | McLaren | 1:20.412 | + 0:00.323 | 15 |
4 | 3 | Daniel Rikkardo | Renault | 1:20.419 | + 0:00.330 | 9 |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:20.439 | + 0:00.350 | 11 |
6 | 33 | Maks Ferstappen | Red Bull | 1:20.456 | + 0:00.367 | 15 |
7 | 23 | Aleksander Elbon | Red Bull | 1:20.563 | + 0:00.474 | 15 |
8 | 31 | Esteban Okon | Renault | 1:20.693 | + 0:00.604 | 13 |
9 | 18 | Ləns Stroll | Racing Point | 1:20.804 | + 0:00.715 | 14 |
10 | 11 | Serxio Peres | Racing Point | 1:20.897 | + 0:00.808 | 13 |
11 | 16 | Şarl Lekler | Ferrari | 1:20.917 | + 0:00.828 | 11 |
12 | 10 | Pyer Qasli | AlphaTauri | 1:20.936 | + 0:00.847 | 14 |
13 | 26 | Daniil Kvyat | AlphaTauri | 1:20.953 | + 0:00.864 | 13 |
14 | 8 | Roman Qrojan | Haas | 1:21.205 | + 0:01.116 | 14 |
15 | 5 | Sebastyan Fettel | Ferrari | 1:21.263 | + 0:01.174 | 13 |
16 | 20 | Kevin Maqnussen | Haas | 1:21.436 | + 0:01.347 | 15 |
17 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:21.459 | + 0:01.370 | 15 |
18 | 63 | Corc Rassell | Williams | 1:21.677 | + 0:01.588 | 16 |
19 | 6 | Nikolas Latifi | Williams | 1:21.764 | + 0:01.675 | 15 |
20 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:22.090 | + 0:02.001 | 15 |