F-1.az xatırladır ki, dünən baş tutan sərbəst yürüşlərdə səhər Bottas nahardan sonra isə Həmilton hamıdan sürətli olublar. Bugünkü son məşqlərdə Bottas bir daha protokollara başçılıq edib.
Montsada yaxşı dövrə vurmaq üçün öndəki maşının hava kisəsinə daxil olmaq çox vacibdir. Keçən il bir çox sürücü eyni anda bunu etməyə çalışmış, heç kim önə keçmək istəməmiş və nəticədə start xəttinə çatmadan sessiyanın vaxtı başa çatmışdı. FİA bunun qarşısını almaq üçün sıralanma turunda 1:43.000-dan daha pis nəticə göstərən sürücünü cəzalandıracağını açıqlayıb.
Pirelli Montsaya bir çox yarışda olduğu kimi, orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib.
İlk Sessiyada Mercedes sürücüləri Medium, qalanları isə Soft təkərlərlə mübarizəyə başlayıblar. 11-ci döngədə trasdan tam çıxdıqları üçün Leklerin, Maqnussenin, Qaslinin, Strollun və Elbonun nəticələri ləğv edilib. Həmilton 1:19.514-lə protokollara başçılıq edib.
İkinci cəhddə yenə bir-birinin hava kisəsinə daxil olmaq cəhdləri olub. Latifi, Rassell, Covinatsi, Fettel və Qrojan üçün sıralanma turu başa çatıb.
İkinci sessiyada hamı soft təkərlərlə çıxıb. Həmilton ilk cəhdindəcə trasın yeni rekordunu müəyyən edib – 1:19.092. Arxa sıralarda mübarizə sıx olub. Sürücülər yenə hava kisəsinə düşməyə çalışıblar. Rikkardo əylənmədə səhvə yol verib. Maqnussenin asfaltdan çıxmasına görə sarı bayraqlar dalğalanıb və sürücülər ayaqlarını qaz pedalından çəkməli olublar.
Bottas hamıdan sürətli olub – 1:18.952. Maqnussen, Rəykkönen, Lekler, Okon və Kvyat ilk onluğa düşə bilməyiblər.
Son sessiyada hamı Soft-la trasa çıxıb. Həmilton ilk cəhddə 1:19.068 ilə komanda yoldaşını cüzi fərqlə üstələyib. Britaniyalı sürücü ikinci cəhddə nəticəsini yaxşılaşdıraraq trasın yeni rekordunu müəyyən edib – 1:18.887. Bottas ondan cüzi fərqlə geri qalsa da, digərləri azı 0.8 saniyə uduzublar.
Beləliklə, Lyuis Həmilton cari mövsümdə 6-cı, karyerasında isə 94-cü poulun sahibi olub. Mercedes sürücüləri bu il 6-cı dəfə ilk cərgəni tutublar. Sabahkı yarışa ikinci cərgədən Sayns və Peres, üçüncü cərgədən isə Ferstappen və Norris başlayacaqlar.
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1 | 1:19.514 | 6 | 2 | 1:19.092 | 6 | 1:18.887 | 6 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 2 | 1:19.786 | 6 | 1 | 1:18.952 | 6 | 1:18.956 | 6 |
3 | 55 | Karlos Sayns | McLaren | 4 | 1:20.099 | 4 | 3 | 1:19.705 | 6 | 1:19.695 | 6 |
4 | 11 | Serxio Peres | Racing Point | 3 | 1:20.048 | 5 | 4 | 1:19.718 | 6 | 1:19.720 | 6 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 6 | 1:20.193 | 5 | 5 | 1:19.780 | 6 | 1:19.795 | 6 |
6 | 4 | Lando Norris | McLaren | 8 | 1:20.344 | 6 | 8 | 1:19.962 | 6 | 1:19.820 | 6 |
7 | 3 | Daniel Rikkardo | Renault | 11 | 1:20.548 | 5 | 9 | 1:20.031 | 5 | 1:19.864 | 6 |
8 | 18 | Ləns Stroll | Racing Point | 9 | 1:20.400 | 7 | 7 | 1:19.924 | 6 | 1:20.049 | 6 |
9 | 23 | Aleksander Elbon | Red Bull | 15 | 1:21.104 | 7 | 10 | 1:20.064 | 6 | 1:20.090 | 6 |
10 | 10 | Pyer Qasli | AlphaTauri | 5 | 1:20.145 | 8 | 6 | 1:19.909 | 6 | 1:20.177 | 6 |
11 | 26 | Daniil Kvyat | AlphaTauri | 7 | 1:20.307 | 8 | 11 | 1:20.169 | 6 | ||
12 | 31 | Esteban Okon | Renault | 12 | 1:20.747 | 6 | 12 | 1:20.234 | 6 | ||
13 | 16 | Şarl Lekler | Ferrari | 10 | 1:20.443 | 9 | 13 | 1:20.273 | 6 | ||
14 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 14 | 1:21.010 | 8 | 14 | 1:20.926 | 6 | ||
15 | 20 | Kevin Maqnussen | Haas | 13 | 1:20.869 | 9 | 15 | 1:21.573 | 5 | ||
16 | 8 | Roman Qrojan | Haas | 16 | 1:21.139 | 8 | |||||
17 | 5 | Sebastyan Fettel | Ferrari | 17 | 1:21.151 | 5 | |||||
18 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 18 | 1:21.206 | 9 | |||||
19 | 63 | Corc Rassell | Williams | 19 | 1:21.587 | 7 | |||||
20 | 6 | Nikolas Latifi | Williams | 20 | 1:21.717 | 8 |