İtaliya-2018: Üçüncü sərbəst yürüşlər

Montsada səhər yağış yağsa da, sessiya başlamazdan əvvəl dayanıb və asfalt qurmağa başlayıb. Buludlar trasın ətrafında olsa da, məşqlər quru havada baş tutub.

F-1.az bildirir ki, dünən qəza edən Erikssonun maşınının bərpası üçün komendant saatı qaydası pozulub. Markus bu sessiyada trasa ilk çıxan sürücülərdən olub və dünən qəzaya səbəb olan DRS sistemini yoxlayıb. McLaren sürücüləri ilk dəqiqələrdən proqramları üzrə işləməyə başlayıblar. Digər sürücülər isə 20 dəqiqə sonra – asfalt tam quruduqda trasa çıxıblar.

Sessiya ciddi insident olmadan baş tutub. Hülkenberq DRS sistemi bağlanmadığı üçün boksa qayıtmalı olub. Protokollara bu dəfə də Fettel başçılıq edib – 1:20.509. Həmilton ona cüzi fərqlə uduzub. Bizi çox maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1:20.509 18
2 44 Lyuis Həmilton Mercedes AMG 1:20.590 + 0:00.081 14
3 7 Kimi Rəykkönen Ferrari 1:20.682 + 0:00.173 16
4 77 Valtteri Bottas Mercedes AMG 1:21.112 + 0:00.603 18
5 33 Maks Ferstappen Red Bull 1:21.388 + 0:00.879 15
6 20 Kevin Maqnussen Haas 1:22.011 + 0:01.502 15
7 31 Esteban Okon Force İndia 1:22.055 + 0:01.546 16
8 3 Daniel Rikkardo Red Bull 1:22.310 + 0:01.801 15
9 16 Şarl Lekler Sauber 1:22.313 + 0:01.804 17
10 8 Roman Qrojan Haas 1:22.357 + 0:01.848 16
11 11 Serxio Peres Force İndia 1:22.486 + 0:01.977 13
12 10 Pyer Qasli Toro Rosso 1:22.631 + 0:02.122 20
13 55 Karlos Sayns Renault 1:22.737 + 0:02.228 15
14 35 Sergey Sirotkin Williams 1:22.778 + 0:02.269 20
15 18 Ləns Stroll Williams 1:22.860 + 0:02.351 19
16 9 Markus Eriksson Sauber 1:22.882 + 0:02.373 25
17 14 Fernando Alonso McLaren 1:22.892 + 0:02.383 23
18 2 Stoffel Vandorn McLaren 1:22.987 + 0:02.478 16
19 27 Niko Hülkenberq Renault 1:23.149 + 0:02.640 10
20 28 Brendon Hartli Toro Rosso 1:23.164 + 0:02.655 19
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*