F-1.az xəbər verir ki, komandalar Montsaya arxa qanadın maraqlı versiyalarını gətiriblər, ona görə də sərbəst yürüşlər problemsiz ötüşməyib. Cümə günü Markus Eriksson ciddi qəzaya uğrayıb – əylənmə zonasında arxa qanadın hərəkətli elementi bağlanmayıb. Bu gün səhər isə Niko Hülkenberqin maşınında DRS-in lövhəsi açıq vəziyyətdə ilişib qalıb.
Keçən il olduğu kimi bu dəfə də həftəsonunun əsas həlledici faktoru hava şəraiti olub. Cümə və şənbə günü yağış yağdığı üçün ənənəvi proqramları tam yerinə yetirmək mümkün olmayıb.
Sebastyan Fettel iki dəfə məşqlərdə rəqiblərindən üstün olub – Ferrari bu trasda Mercedes-in ardıcıl 4 poul seriyasını qırmağa köklənib. Ümumiyyətlə, bu trasda qırmızılar sonuncu dəfə Alonso ilə 2010-cu ildə poul qazanmışdılar.
Pirelli Montsaya Medium, Soft və SuperSoft tərkiblərini gətiriblər. Sıralanma turundan əvvəl yağış yağsa da, sessiyanın startına qədər asfalt tam quruyub. Hava proqnozu qarşıdakı saat ərzində böyük ehtimalla yağış vəd etsə də, poulun sahibi quru trasda müəyyən olunub.
Rikkardo, Hülkenberq və Eriksson bilirdilər ki, güc qurğusundakı dəyişikliklər üzündən sonuncu yerlərdən start alacaqlar, ona görə də komandalar strategiya seçimində bu faktı nəzərə alıblar.
Birinci sessiyada bütün sürücülər trasa SuperSoft-la çıxıblar. İlk cəhdində Fettel protokollara başçılıq edib – 1:20.542, almaniyalı sürücünün bu nəticəsini yaxşılaşdıran olmayıb. Mübarizəni isə gözlənilmədən Serxio Peres dayandırıb, meksikalı sürücüyə Lekler, Hartli, Eriksson və Vandorn yoldaşlıq ediblər.
İkinci sessiyada sürücülər yenə də SuperSoft-dan istifadə ediblər. Rikkardo trasa çıxmayıb. Həmilton ilk cəhdində 80 saniyədən sürətli olub – 1:19.798, amma Fettel onu azca üstələyə bilib – 1:19.785. İkinci cəhdində Fettel bu nəticəni daha da yaxşılaşdıraraq, protokollara başçılıq edib – 1:19.629.
Alonso və Maqnussen ilk döngədə bir-birinə maneçilik törədərək yaxşı nəticə göstərə bilməyiblər, insidenti araşdıran stüardlar isə heç bir sürücüyə cərimə tətbiq etməyiblər.
Mövsümdə ilk dəfə Williams-ın sürücüsü sonuncu sessiyaya keçə bilib – Sergey Sirotkin ilk sektorda cüzi səhvə yol versə də, Ləns Strol əlindən gələni edərək, ilk onluğa düşüb. Mübarizəni isə Maqnussen, Sirotkin, Alonso, Hülkenberq və Rikkardo dayandırıblar.
Son sessiyada ilk cəhdində Həmilton Montsanın yeni rekorduna imza atıb – 1:19.390, Kimi Lyuisə cəmi 0.07 saniyə, Sebastyan isə 0.1 saniyə uduzub.
İkinci cəhdində Həmilton nəticəsini 0.1 saniyə yaxşılaşdırıb – 1:19.294, amma Ferrari-nin sürücüləri daha sürətli olublar – Fettel müvəqqəti liderliyi ələ alsa da, Rəykkönen tarixin ən sürətli dövrəsinə sahib çıxıb – 1:19.119.
Beləliklə, Kimi mövsümdə 1-ci, karyerasında isə 18-ci dəfə poul qazanıb. Fettel komanda yoldaşına cəmi 0.161 saniyə uduzub – qırmızılar ilk cərgəni tam zəbt ediblər. İkinci cərgədən isə Mercedes sürücüləri yarışa başlayacaqlar.
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 14 | 1:39.403 | 6 | 4 | 1:37.344 | 6 | 1:36.015 | 5 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 5 | 1:38.751 | 4 | 2 | 1:37.214 | 3 | 1:36.334 | 7 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 2 | 1:38.218 | 5 | 6 | 1:37.876 | 6 | 1:36.628 | 6 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | 12 | 1:39.291 | 7 | 3 | 1:37.254 | 7 | 1:36.702 | 6 |
5 | 7 | Kimi Rəykkönen | Ferrari | 3 | 1:38.534 | 5 | 1 | 1:37.194 | 6 | 1:36.794 | 6 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1 | 1:38.153 | 3 | 5 | 1:37.406 | 3 | 1:36.996 | 6 |
7 | 11 | Serxio Peres | Racing Point | 6 | 1:38.814 | 8 | 7 | 1:38.342 | 5 | 1:37.985 | 6 |
8 | 8 | Roman Qrojan | Haas | 4 | 1:38.685 | 6 | 8 | 1:38.367 | 6 | 1:38.320 | 3 |
9 | 31 | Esteban Okon | Racing Point | 7 | 1:38.912 | 8 | 10 | 1:38.534 | 6 | 1:38.365 | 6 |
10 | 27 | Niko Hülkenberq | Renault | 8 | 1:38.932 | 6 | 9 | 1:38.450 | 6 | 1:38.588 | 6 |
11 | 14 | Fernando Alonso | McLaren | 9 | 1:39.022 | 6 | 11 | 1:38.641 | 6 | ||
12 | 55 | Karlos Sayns | Renault | 10 | 1:39.103 | 6 | 12 | 1:38.716 | 6 | ||
13 | 16 | Şarl Lekler | Sauber | 11 | 1:39.206 | 8 | 13 | 1:38.747 | 6 | ||
14 | 9 | Markus Eriksson | Sauber | 13 | 1:39.366 | 8 | 14 | 1:39.453 | 6 | ||
15 | 10 | Pyer Qasli | Toro Rosso | 15 | 1:39.614 | 7 | 15 | 1:39.691 | 6 | ||
16 | 20 | Kevin Maqnussen | Haas | 16 | 1:39.644 | 6 | |||||
17 | 28 | Brendon Hartli | Toro Rosso | 17 | 1:39.809 | 8 | |||||
18 | 2 | Stoffel Vandorn | McLaren | 18 | 1:39.864 | 8 | |||||
19 | 35 | Sergey Sirotkin | Williams | 19 | 1:41.263 | 8 | |||||
20 | 18 | Ləns Stroll | Williams | 20 | 1:41.334 | 6 |