İtaliya-2018: Birinci sərbəst yürüşlər

Sürətli Montsa trası asfaltayatma qüvvəsinin az olmasını tələb edir. İlk məşqlərdə hava şəraiti komandalaras proqramları üzrə tam işləməyə imkan verməyib.

F-1.az bildirir ki, səhər yağış o qədər güclü olub ki, GP3 sürücülərinin məşqləri təxirə salınıb. İlk sessiyanın başlamasına 40 dəqiqə qalmış dayanan yağış sonra yenidən yağıb. Sürücülər ilk dəqiqələrdə yağış və keçid təkərləri ilə trasa çıxsalar da, bir dövrədən sonra boksa qayıdıblar.

McLaren-də bu dəfə Vandornun maşını Lando Norrisə tapşırılıb. Qalan komandalar əsas sürücüləri ilə iştirak ediblər. Yağış dayansa da, yol tam qurumayıb. Sürücülər dəfələrlə trasdan çıxıblar, lakin hərəkətlərinə davam edə biliblər.

Maşınının ötürmələr qutusu dəyişdirilməli olan Fettel məşqləri vaxtından əvvəl başa vurub ki, ikinci sessiyaya çatmaq mümkün olsun. Protokollara Serxio Peres başçılıq edib – 1:34.000. Məşqlər nahardan sonra davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 11 Serxio Peres Force İndia 1:34.000 18
2 7 Kimi Rəykkönen Ferrari 1:34.550 + 0:00.550 28
3 31 Esteban Okon Force İndia 1:34.593 + 0:00.593 17
4 28 Brendon Hartli Toro Rosso 1:35.024 + 0:01.024 17
5 3 Daniel Rikkardo Red Bull 1:35.207 + 0:01.207 13
6 10 Pyer Qasli Toro Rosso 1:35.438 + 0:01.438 19
7 33 Maks Ferstappen Red Bull 1:35.665 + 0:01.665 10
8 55 Karlos Sayns Renault 1:35.995 + 0:01.995 15
9 27 Niko Hülkenberq Renault 1:36.107 + 0:02.107 15
10 77 Valtteri Bottas Mercedes AMG 1:36.238 + 0:02.238 8
11 44 Lyuis Həmilton Mercedes AMG 1:36.546 + 0:02.546 6
12 16 Şarl Lekler Sauber 1:36.648 + 0:02.648 10
13 55 Kevin Maqnussen Haas 1:37.066 + 0:03.066 13
14 14 Fernando Alonso McLaren 1:37.426 + 0:03.426 14
15 8 Roman Qrojan Haas 1:37.683 + 0:03.683 13
16 9 Markus Eriksson Sauber 1:37.790 + 0:03.790 11
17 5 Sebastyan Fettel Ferrari 1:37.867 + 0:03.867 4
18 35 Sergey Sirotkin Williams 1:37.929 + 0:03.929 10
19 18 Ləns Stroll Williams 1:38.253 + 0:04.253 8
20 47 Lando Norris McLaren 1:38.282 + 0:04.282 9

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*