F-1.az xatırladır ki, cümə günü keçirilən sərbəst yürüşlərdə Mercedes sürücüləri hamıdan sürətli olublar – ilk sessiyada Həmilton, ikinci sessiyada isə Bottas protokollara başçılıq edib. Sürücülər dünən səhər baş tutan üçüncü sessiyada isə yağışa görə yalnız son 15 dəqiqədə trasa çıxa biliblər və nəticə göstərən 7 sürücü arasında Massa ən sürətli olub.
Yağış davam etsə də, sıralanma turu start götürüb, lakin ilk dəqiqələrdə Qrojanın idarəetməni itirərək qəza etməsindən sonra sessiya qırmızı bayraqlarla dayandırılıb, yalnız iki saat yarımdan sonra sessiyaya restart verilib. Lyuis Həmilton karyerasında 69-cu poulunu qazanıb və bu göstəriciyə görə Mixael Şumaxeri keçərək mütləq lider olub. Sıralanma turunda növbəti iki yeri Red Bull sürücüləri tutsalar da, güc qurğusundakı dəyişikliklərə görə startda yer itirdiklərindən, Stroll ikinci, Okon isə üşüncü yerdən start almaq şansı əldə edib. İkinci cərgədən start alan digər pilot Bottas olub. Üçüncü cərgəni isə Ferrari sürücüləri zəbt ediblər – bu dəfə Rəykkönen Fetteli qabaqlayıb.
Ümumilikdə 8 sürücü güc qurğusundakı dəyişikliklərə və ya ötürmələr qutusunun vaxtından əvvəl əvəzlənməsinə görə cəzalandırılıb – Alonso startda 35, Rikkardo və Vandorn 25, Ferstappen 20, Palmer 15, Hülkenberq və Sayns 10, Peres isə 5 yer itirib. Sıralanma turunda nəticə göstərəməyən Qrojan stüardlar tərəfindən startda buraxılıb.
Pirelli Montsaya orta üçlüyü – Medium, Soft və SuperSoft tərkibləri gətirib. Sıralanma turunun yağışda baş tutması sürücülərə startda təkər seçmək imkanı verib, Rikkardo, Palmer və Alonso Soft, digər sürücülər isə UltraSoft tərkiblə start alıblar.
Startda Həmilton liderliyini qoruyub. Okon Strollu keçərək ikinci yerə yüksəlib. Rəyykönen Bottası qabaqlayıb, lakin Mercedes-in sürücüsü Parabolikada möhtəşəm hücumla öz yerini qaytarıb. 2-ci dövrədə ilk onluq: Həmilton – Okon – Stroll – Bottas – Rəykkönen – Fettel – Massa – Ferstappen – Peres – Maqnussen.
Üçüncü dövrədə Bottas Strollu, Fettel isə Rəykköneni keçib. Massa ilə toqquşan Ferstappenin maşınının təkəri partlayıb və holldandiyalı sürücü pit-stop etməli olub. Onun maşınının ön qanadı da dəyişdirilib və nəticədə xeyli vaxt itirib. Qrojan da ön qanadını dəyişdirilmək üçün pitə yollanıb. Bottas növbəti dövrədə Okonu da qabaqlayaraq ikinci olub. Fettel isə bu dəfə Strollu keçib. 5-ci dövrədə ilk onluq: Həmilton – Bottas – Okon – Fettel – Stroll – Rəykkönen – Massa – Peres – Maqnussen – Rikkardo.
7-ci dövrədə Fettel Okonu qabaqlayaraq üçüncü yerə yüksəlib. Rikkardo isə doqquzuncu yer uğrunda mübarizədə Maqnusseni üstələyib. 10-cu dövrədə Hülkenberq, 11-ci dövrədə Maqnussen, 14-cü dövrədə Sayns, 16-cı dövrədə Rəykkönen, 17-ci dövrədə Okon, 18-ci dövrədə isə Stroll təkərlərini dəyişiblər. Rəykkönen və Strollun pit-stopları zamanı gecikmə baş verib. Pitə yollanmayan Rikkardo 17-ci dövrədə Peresi qabaqlayıb və 5-ci yerə yüksəlib. Palmer Alonso ilə mübarizədə trasdan çıxaraq üstünlük əldə etdiyi üçün 5 saniyəlik cəza alıb. O, bir qədər sonra transmissiyadakı problemə görə mübarizəni dayandırıb. Pit-stop dalğası davam edib, 32-ci dövrədə Alonso, 33-cü dövrədə Həmilton və Peres, 34-cü dövrədə isə Bottas təkərlərini dəyişiblər. Vandorn 35-ci dövrədə güc qurğusundakı problemə görə yarışı yarımçıq saxlamalı olub. 38-ci dövrədə Rikkardo pit-stop edən sonuncu sürücü olub. 38-ci dövrədə ilk onluq: Həmilton – Bottas – Fettel – Rəykkönen – Rikkardo – Okon – Stroll – Massa – Peres – Maqnussen.
Trasa SuperSoft təkərlərlə qayıdan Rikkardo hamıdan sürətli olub, Rəykkönenlə arasındakı vaxt fərqini bağlayıb və 41-ci dövrədə onu keçərək dördüncü yerə yüksəlib. Avstraliyalı sürücü sürətlə Fettelə yaxınlaşmağa başlayıb. Ferstappen də SuperSoft təkərlərlə Sayns, Hülkenberq, Kvyat və Maqnusseni ötərək xal qazanmağa imkan verən 10-cu yerdə mübarizəni davam etdirib. 50-ci dövrədə Eriksson, 51-ci dövrədə də Alonso mübarizəni dayandıran sürücülər sırasına qoşulublar. Beləliklə, McLaren-in hər iki sürücüsü Monstada finişə çata bilməyib.
Lyuis Həmilton mövsümdə altıncı, karyerasında isə 59-cu qələbəsini qazanıb və mövsümdə ilk dəfə Sebastyan Fetteli üstələyərək çempionatda liderliyə yüksəlib. Valtteri Bottas ikinci yeri tutaraq Mercedes-in dublunu rəsmiləşdirib. Fettel isə podiumun üçüncü pilləsinə yüksələrək tiffozilərə kiçik təsəlli verib.
Beləliklə, Avropadakı yarışlar başa çatıb. Mübarizə iki həftə sonra Sinqapurda gecə yarışında davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:15.32.312 | 1 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | + 0:04.471 | 1 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | + 0:36.317 | 1 |
4 | 3 | Daniel Rikkardo | Red Bull | + 0:40.335 | 1 |
5 | 7 | Kimi Rəykkönen | Ferrari | + 1:00.082 | 1 |
6 | 31 | Esteban Okon | Force İndia | + 1:11.528 | 1 |
7 | 18 | Ləns Stroll | Williams | + 1:14.156 | 1 |
8 | 19 | Felipe Massa | Williams | + 1:14.834 | 1 |
9 | 11 | Serxio Peres | Force İndia | + 1:15.276 | 1 |
10 | 33 | Maks Ferstappen | Red Bull | + 1 dövrə | 2 |
11 | 20 | Kevin Maqnussen | Haas | + 1 dövrə | 1 |
12 | 26 | Daniil Kvyat | Toro Rosso | + 1 dövrə | 1 |
13 | 27 | Niko Hülkenberq | Renault | + 1 dövrə | 1 |
14 | 55 | Karlos Sayns | Toro Rosso | + 1 dövrə | 1 |
15 | 8 | Roman Qrojan | Haas | + 1 dövrə | 2 |
16 | 94 | Paskal Verlyayn | Sauber | + 2 dövrə | 1 |
17 | 14 | Fernando Alonso | McLaren | + 3 dövrə | 2 |
18 | 9 | Markus Eriksson | Sauber | + 4 dövrə | 2 |
Sürətli dövrə: Daniel Rikkardo (Red Bull) – 1:23.361 (49-cu dövrə, 250.174 km/saat).
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Fernando Alonso | McLaren | 51 | ötürmələr qutusu |
Markus Eriksson | Sauber | 50 | güc qurğusu |
Stoffel Vandorn | McLaren | 34 | güc qurğusu |
Colion Palmer | Renault | 30 | transmissiya |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas F1 Team | 238 | |
2 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 235 | |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas F1 Team | 197 | |
4 | 33 | Daniel Rikkardo | Red Bull Racing | 144 | |
5 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 138 | |
6 | 33 | Maks Ferstappen | Red Bull Racing | 68 | |
7 | 11 | Serxio Peres | Sahara Force İndia F1 Team | 58 | |
8 | 31 | Esteban Okon | Sahara Force İndia F1 Team | 55 | |
9 | 55 | Karlos Sayns | Scuderia Toro Rosso | 36 | |
10 | 27 | Niko Hülkenberq | Renault Sport Formula 1 Team | 34 | |
11 | 19 | Felipe Massa | Williams Martini Racing | 31 | |
12 | 18 | Ləns Stroll | Williams Martini Racing | 24 | |
13 | 8 | Roman Qrojan | Haas F1 Team | 24 | |
14 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 11 | |
15 | 14 | Fernando Alonso | McLaren Honda Formula 1 Team | 10 | |
16 | 94 | Paskal Verlyayn | Sauber F1 Team | 5 | |
17 | 26 | Daniil Kvyat | Scuderia Toro Rosso | 4 | |
18 | 2 | Stoffel Vandorn | McLaren Honda Formula 1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas F1 Team | Mercedes | 435 |
2 | Scuderia Ferrari | Ferrari | 373 |
3 | Red Bull Racing | TAG Heuer | 212 |
4 | Sahara Force İndia F1 Team | Mercedes | 113 |
5 | Williams Martini Racing | Mercedes | 55 |
6 | Scuderia Toro Rosso | Renault | 40 |
7 | Haas F1 Team | Ferrari | 35 |
8 | Renault Sport Formula 1 Team | Renault | 34 |
9 | McLaren Honda Formula 1 Team | Honda | 11 |
10 | Sauber F1 Team | Ferrari | 5 |