İtaliya-2017: Üçüncü sərbəst yürüşlər

Gecədən etibarən yağan yağışa görə GP3-ün sıralanma turu ləğv edilib. Yağıntı öz təsirini İtaliya Qran Prisinin bügünkü sərbəst yürüşlərinə də göstərib - sürücülər yalnız son 15 dəqiqədə trasa çıxa biliblər.

F-1.az xəbər verir ki, Təhlükəsizlik Maşını təftiş üçün bir neçə dəfə yollanıb, lakin trasda suyun xeyli çox olduğu məlum olub. Buna görə də pit-leynin çıxışındakı qırmızı işıq yalnız sessiyanın 44-cü dəqiqəsində sönüb.

Bir neçə sürücü yağış təkərləri ilə boksları tərk edib. Yağış davam etdiyi üçün trasın vəziyyəti düzəlməyib, lakin yaxın saatlarda hava şəraitinin yaxşılaşacağı gözlənilir. Yalnız 7 sürücü nəticə göstərib və Massa hamıdan sürətli olub – 1:40.660.

Hava şəraiti imkan versə, bizi 16:00-da poul uğrunda gərgin mübarizə gözləyir.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 19 Felipe Massa Williams 1:40.660 4
2 18 Ləns Stroll Williams 1:40.888 + 0:00.228 4
3 27 Niko Hülkenberq Renault 1:41.491 + 0:00.831 4
4 55 Karlos Sayns Toro Rosso 1:41.515 + 0:00.855 5
5 30 Colion Palmer Renault 1:44.369 + 0:03.709 4
6 9 Markus Eriksson Sauber 1:44.701 + 0:04.041 3
7 26 Daniil Kvyat Toro Rosso 1:45.033 + 0:04.373 4
8 3 Daniel Rikkardo Red Bull 1
9 33 Maks Ferstappen Red Bull 1
10 5 Sebastyan Fettel Ferrari 3
11 7 Kimi Rəykkönen Ferrari 4
12 14 Fernando Alonso McLaren 2
13 2 Stoffel Vandorn McLaren 4
14 8 Roman Qrojan Haas 1
15 20 Kevin Maqnussen Haas 1
16 31 Esteban Okon Force İndia 2
17 94 Paskal Verlyayn Sauber 2
18 77 Valtteri Bottas Mercedes AMG 1
19 11 Serxio Peres Force İndia 1
20 44 Lyuis Həmilton Mercedes AMG 1
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*