İtaliya-2017: İkinci sərbəst yürüşlər

Sinoptiklər bu gün üçün Montsada şimşək çağaxağını və yağış yağacağını proqnozlaşdırmışdılar, lakin hər iki sessiya demək olar ki, quru havada keçib. İlk sessiyada trasa damcılar düşsə də, sürücülər sliklərlə işləməyə davam etmişdilər. İkinci sessiya zamanı isə hava günəşli olub.

McLaren Alonsonun mühərriyini iki dəfə dəyişib. Səhər onun maşınına mühərriyin ən yeni versiyası qoyulub. İkinsi sessiyadan əvvəl isə Spada istifadə etdiyi mühərriyə qayıdıb və buna görə də, xeyli vaxt itirib. Red Bull sürücülərinin növbəti yarışlarda cərimələnməsindən qaçmaq üçün keçidlərin bol olduğu Monstada əlavə motorlar götürüb – komandanın hər iki sürücüsü və Karlos Sayns bu səbəbə görə startda yer itirəcəklər.

F-1.az bildirir ki, ikinci sessiyada komandalar müxtəlif təkər tərkiblərinin aşınmasını qiymətləndirmək üçün ənənəvi proqramla çıxış ediblər. Startdan 39 dəqiqə sonra Stroll Ascari döngəsində yerində fırlanıb. Bir saat tamam olduqda isə Saynsın maşını tüstülənib və ispan sürücü sessiyanı yarımçıq qoymalı olub. Hülkenberq də hidravlik sistemdəki problemlər ucbatından sessiyanın böyük hissəsini buraxmalı olub.

Sessiyanın sonunda Maqnussen maşınının arxa asılqanı qırıldığından trasda dayanmalı olub və Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. Kvyat da texniki problemlərə görə sessiyanı tamamlaya bilməyən sürücülərə qoşulub.

Protokollara Həmiltonu cüzi fərqlə qabaqlayan Bottas başçılıq edib – 1:21.406. Məşqlər sabah səhər davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:21.406 25
2 44 Lyuis Həmilton Mercedes AMG 1:21.462 + 0:00.056 24
3 5 Sebastyan Fettel Ferrari 1:21.546 + 0:00.140 33
4 7 Kimi Rəykkönen Ferrari 1:21.804 + 0:00.398 34
5 33 Maks Ferstappen Red Bull 1:22.409 + 0:01.003 34
6 3 Daniel Rikkardo Red Bull 1:22.752 + 0:01.346 22
7 2 Stoffel Vandorn McLaren 1:22.947 + 0:01.541 31
8 14 Fernando Alonso McLaren 1:22.968 + 0:01.562 31
9 31 Esteban Okon Force İndia 1:22.977 + 0:01.571 43
10 19 Felipe Massa Williams 1:22.985 + 0:01.579 42
11 55 Karlos Sayns Toro Rosso 1:23.150 + 0:01.744 21
12 27 Niko Hülkenberq Renault 1:23.272 + 0:01.866 14
13 30 Colion Palmer Renault 1:23.317 + 0:01.911 34
14 11 Serxio Peres Force İndia 1:23.352 + 0:01.946 43
15 18 Ləns Stroll Williams 1:23.403 + 0:01.997 36
16 8 Roman Qrojan Haas 1:23.567 + 0:02.161 31
17 20 Kevin Maqnussen Haas 1:23.650 + 0:02.244 20
18 26 Daniil Kvyat Toro Rosso 1:24.253 + 0:02.847 28
19 9 Markus Eriksson Sauber 1:24.894 + 0:03.488 39
20 94 Paskal Verlyayn Sauber 1:25.295 + 0:03.889 25
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*