F-1.az xəbər verir ki, yarışa güc qurğusunun elementlərini dəyişdiyi üçün startda yer itirərək arxalardan başlayan, ötmələr və gec pit-stop edərək xeyli yer qazanan, yekunda isə dördüncü yeri tutan Red Bull komandasının sürücüsü Daniel Rikkardo “Günün Sürücüsü” seçilib. Avstraliyalı sürücü cari mövsümdə Britaniya Qran Prisindən sonra ikinci dəfə bu ada layiq görülür. Keçən il isə azarkeşlər onu yalnız Almaniyada hamıdan yaxşı hesab etmişdilər.
Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.
Yarış | Günün Sürücüsü |
Avstraliya Qran Prisi | Sebastyan Fettel |
Çin Qran Prisi | Maks Ferstappen |
Bəhreyn Qran Prisi | Sebastyan Fettel |
Rusiya Qran Prisi | Valtteri Bottas |
İspaniya Qran Prisi | Sebastyan Fettel |
Monako Qran Prisi | Sebastyan Fettel |
Kanada Qran Prisi | Sebastyan Fettel |
Azərbaycan Qran Prisi | Ləns Stroll |
Avstriya Qran Prisi | Valtteri Bottas |
Britaniya Qran Prisi | Daniel Rikkardo |
Macarıstan Qran Prisi | Kimi Rəykkönen |
Belçika Qran Prisi | Lyuis Həmilton |
İtaliya Qran Prisi | Daniel Rikkardo |