F-1.az xəbər verir ki, Mercedes AMG komandasının mexanikləri Spada olduğu kimi, Montsada bütün rəqiblərini qabaqlayıblar. Bu dəfə uğur daha böyük olub – ən yaxşı iki nəticəni məhz onlar göstəriblər və ümumi nəticədə liderliyə yüksəliblər. Üçüncü yeri Red Bull komandasının mexanikləri tutub, lakin bundan əvvəlki iki yarışı onlar üçün uğurlu hesab etmək olmazdı.
Haas komandası Belçikadan sonra burada da fərqlənib – Maqnussen və Qrojana edilən pit-stopla müvafiq olaraq dördüncü və beşinci ən yaxşı nəticələr olub. Ən maraqlə nəticə isə lider Williams komandasının mexaniklərinin ilk onluğa düşməməsidir. Bu hal cari mövsümdə daha bir dəfə – Azərbaycan Qran Prisində də baş vermişdi…
Komanda | Cəmi | ||||||||||||||||||||
1. Mercedes | 26 | 1 | 8 | 20 | 40 | 33 | 30 | 12 | 15 | 33 | 12 | 29 | 43 | 302 | |||||||
2. Williams | 40 | 25 | 31 | 25 | 12 | 12 | 25 | 0 | 43 | 31 | 43 | 12 | 0 | 299 | |||||||
3. Red Bull | 6 | 27 | 19 | 25 | 18 | 25 | 8 | 18 | 10 | 22 | 0 | 1 | 21 | 200 | |||||||
4. Ferrari | 11 | 20 | 10 | 1 | 6 | 1 | 16 | 25 | 14 | 1 | 14 | 21 | 8 | 148 | |||||||
5. Toro Rosso | 12 | 10 | 1 | 20 | 20 | 10 | 0 | 1 | 12 | 0 | 23 | 18 | 1 | 128 | |||||||
6. Force India | 6 | 12 | 30 | 4 | 1 | 4 | 17 | 27 | 0 | 0 | 0 | 2 | 4 | 107 | |||||||
7. Haas | 0 | 6 | 0 | 0 | 4 | 8 | 0 | 12 | 4 | 10 | 6 | 18 | 22 | 90 | |||||||
8. McLaren | 0 | 0 | 2 | 6 | 0 | 8 | 5 | 6 | 2 | 4 | 1 | 0 | 0 | 34 | |||||||
9. Renault | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 2 | 0 | 2 | 4 | |||||||
10. Sauber | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0 | 0 | 0 | 0 | 1 |