İtaliya-2017: Bukmeyker cədvəlləri

Britaniyanın William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, Belçikadakı qələbə bukmeykerlərin Həmiltona inamını daha da artırıb – onun şansları Fetteldən üç dəfə artıq qiymətləndirilib.

İtaliya Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 1.57
Sebastyan Fettel 4.50
Valtteri Bottas 5.00
Kimi Rəykkönen 17.00
Maks Ferstappen 34.00
Daniel Rikkardo 41.00

 

Həmilton Belçikada Fettelə çempionatdakı xal fərqini 7-yə salıb və bu da əmsallarda öz əksini tapıb. Lakin bukmeykerlər ehtiyatı əldən verməyiblər – Fettelin əmsalı çox da yüksək deyil…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.50
Sebastyan Fettel 2.75
Valtteri Bottas 34.00
Daniel Rikkardo, Maks Ferstappen, Kimi Rəykkönen, Felipe Massa 1001.00

 

İdarə Mühəndislər Kuboku üçün pul qoyuluşunu formal olaraq davam etdirir, lakin Mercedes-in yenidən qalib olacağına qəti şübhələri yoxdur.

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.06
Ferrari 8.50
Red Bull 1501.00
Force İndia, Williams, McLaren, Toro Rosso, Haas, Renault, Sauber 2501.00
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*