F-1.az bildirir ki, sessiyanın əvvəlində Alonso və Sayns Halo sistemi ilə trasa çıxıblar. Sayns bir dövrədən sonra boksa qayıtsa da, Alonso bir neçə dövrə vurub. Sonra isə sistem maşından sökülüb. Red Bull Ferstappenin maşınını sessiyanın əvvəlinə hazır edə bilməyib. Palmer də problemlərə görə bir saatı boksda keçirməli olub.
Startdan 40 saniyə sonra trasa yağış damcıları düşüb. Tribunalarda çətirlər görünsə də, hava günəşli olub və sürücülər sliklərlə işləməyə davam ediblər. Yağış bir neçə dəfə beləcə yağıb və dayanıb, lakin komandaların işinə mane olmayıb. Həmilton protokollara başçılıq edib – 1:21.537.
Nahardan sonra məşqlər davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:21.537 | – | 28 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:21.972 | + 0:00.435 | 31 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:22.652 | + 0:01.115 | 24 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:22.689 | + 0:01.152 | 28 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | 1:22.742 | + 0:01.205 | 28 |
6 | 33 | Maks Ferstappen | Red Bull | 1:22.749 | + 0:01.212 | 23 |
7 | 11 | Serxio Peres | Force İndia | 1:23.317 | + 0:01.780 | 36 |
8 | 31 | Esteban Okon | Force İndia | 1:23.400 | + 0:01.863 | 34 |
9 | 2 | Stoffel Vandorn | McLaren | 1:23.465 | + 0:01.928 | 24 |
10 | 19 | Felipe Massa | Williams | 1:23.561 | + 0:02.024 | 37 |
11 | 55 | Karlos Sayns | Toro Rosso | 1:23.680 | + 0:02.143 | 22 |
12 | 20 | Kevin Maqnussen | Haas | 1:23.973 | + 0:02.436 | 22 |
13 | 18 | Ləns Stroll | Williams | 1:23.991 | + 0:02.454 | 30 |
14 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:24.012 | + 0:02.475 | 27 |
15 | 14 | Fernando Alonso | McLaren | 1:24.015 | + 0:02.478 | 17 |
16 | 8 | Roman Qrojan | Haas | 1:24.079 | + 0:02.542 | 22 |
17 | 27 | Niko Hülkenberq | Renault | 1:24.542 | + 0:03.005 | 17 |
18 | 30 | Colion Palmer | Renault | 1:25.166 | + 0:03.629 | 21 |
19 | 94 | Paskal Verlyayn | Sauber | 1:25.223 | + 0:03.686 | 26 |
20 | 9 | Markus Eriksson | Sauber | 1:25.687 | + 0:04.150 | 17 |