İtaliya-2016: Günün sürücüsü – Niko Rosberq

Bu il çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarışdan dərhal sonra çempionatın rəsmi saytında yerləşdirilmiş birgünlük sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, İtaliya Qran Prisinə 2-ci yerdən başlayan və startda ləngiyən Lyuis Həmiltonu keçərək liderliyə yüksələn, yarışın sonuna qədər də üstünlüyünü əldən verməyən Niko Rosberq “Günün Sürücüsü” seçilib.

Qeyd edək ki, Niko bu ada ilk dəfədir ki, layiq görülür. Ən çox – 4 dəfə Maks Ferstappen “Günün sürücüsü” seçilib. Bu 4 yarışın hamısı İspaniya Qran Prisindən – yəni Maksın Red Bull-a keçməsindən sonraya təsadüf edir. O, yeni komandası ilə ilk yarışı olan və qalib gəldiyi İspaniyada, daha sonra isə Kanada, Avstriya və Britaniya Qran Prilərində bu ada layiq görülüb.

Red Bull sürücüsündən əlavə, Avstraliya və Bəhreyn yarışlarında Roman Qrojan, Çin Qran Prisində Daniil Kvyat, Rusiyada Kevin Maqnussen, Monakoda və Bakıda keçirilən Avropa Qran Prisində Serxio Peres, Macarıstan Qran Prisində Kimi Rəykkönen, Almaniya Qran Prisində Daniel Rikkardo, Belçika Qran Prisində isə Lyuis Həmilton “Günün sürücüsü” seçilmişdilər.

Xatırladaq ki, bu seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə isə hər yarışdan sonra Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*