İtaliya 2 yarışı da təqvimdə saxlamaq istəyir

İmolada yarış həftəsonu başlamazdan əvvəl müxtəlif səviyyəli hökumət dairələrinin nümayəndələrinin iştirakı ilə Emiliya-Romanya Qran Prisinin rəsmi təqdimatı keçirilib.

F-1.az xəbər verir ki, onların çıxışlarının əsas ideyası ondan ibarət idi ki, İtaliyadakı hər iki yarışı – İmola və Montsadakı Qran Priləri keçirməyi davam etdirmək istəyirlər. Bu mövsüm ardıcıl dördüncü dəfə çempionatın təqviminə yenidən iki klassik italyan dövrəsinin mərhələləri daxildir. Xatırladaq ki, eyni hal 1980-ci ildən 2006-cı ilə qədər də baş verib.

Matteo Salvini, İtaliyanın infrastruktur naziri: “Qran Priyə ev sahibliyi etmək iş, turizm, gözəllik, kimlik, ənənə, yenilik deməkdir və bunların hamısı rifah simvollarıdır. Bu yarışlar iş yerləri yaradır və belə vaxtlarda bu, müqəddəs işdir. Ona görə də bizim məqsədimiz İmola və Montsra traslarını təqvimdə saxlamaqdır. Ətraf mühitə dəyən zərərlə bağlı problemlər olduqca başa düşüləndir, lakin mühərriklərin gurultusu hələ də gözəldir və kimisə qıcıqlandırsa da, heç nə onu əvəz edə bilməz”.

Salvini həmçinin vurğulayıb ki, hökumət güclü yağışlarla bağlı son daşqından zərər çəkmiş Emiliya-Romanya bölgəsinə əlavə maliyyə dəstəyi verib. Regionun prezidenti Stefano Bonaççini çətin hava şəraitinə baxmayaraq, Formula1 yarışının mütləq baş tutacağını təsdiqləyib, baxmayaraq ki, bunun üçün İmola şəhərində və bütün regionda təcili tədbirlər görülməlidir.

Stefano Bonaççi: “Biz çox qürur duyuruq ki, bir çox yarışçı bizim trasımızı ən yaxşılardan biri hesab edir. Hava vəziyyəti ilə bağlı həyəcan siqnallarına gəlincə, əvvəlki günlərdə vəziyyət çətin idi və proqnozlar on gün əvvəlkindən daha pis olacağını vəd edir, lakin buna baxmayaraq, Qran Pri baş tutacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*