F-1.az xatırladır ki, Fettel və Rəykkönen Meksika yarışında mükəmməl performans göstərsələr də, sıralanma turundakı pis nəticələrinə görə Mercedes-lə mübarizə apara bilməmişdilər. Hər iki sürücü də yarışın əvvəlində trafikdə qalaraq çox vaxt itirmişdi.
Şənbə günü yaşanan problemlər təhlil olunduqdan sonra Arrivabene bildirib ki, Bakıda, İspaniyada olduğu kimi hava isinəndən sonra temp düşüb: “Bu, bütün il ərzində yaşadığımız problemdir. Bakıda, İspaniyada və Monakoda hava isinəndən sonra problemlər yaşadıq. Vəziyyəti təhlil etməliyik. Bunu həll etməyə çalışırıq”.
Bütün bu problemlərə baxmayaraq, Arrivabene bildirib ki, onların performansları artıb: “Komandanın yaxşı təsir bağışlaması hər şeydən vacibdir. Yarışı qazana bilmədiyimizə görə məyusam, amma yarışda komandanın xarakterini və inkişafı göstərdik. Bu mənim üçün çox vacibdir.
Komanda körpüsündəki işçilər də əla işlədilər. Düzdür, elə də sürətli deyildilər, amma hər şeyi vaxtında etdilər. Komanda mübariz ruhunu ortaya qoydu. Mənim istədiyim də budur”.