Auto Motor und Sport qarşıdakı cümə günü motor istehsalçılarının görüşündə səslənəcək bəzi təklifləri əldə edə bilib. Məlum olub ki, 2018-ci ildə motor istehsalçıları yeni motor istehsal etməyi planlaşdırmırlar. Mercedes, Ferrari, Renault və Honda hesab edirlər ki, cari güc qurğularının dəyərini mövsüm üçün 12 milyon avroya endirmək ən yaxşı çıxış yoludur.
Güc qurğularının dəyərini azaldan digər təkliflərdən bəzi blokların – batareyanın, MGU-K və MGU-H generatorlarının, hətta turbinin standartlaşdırılmasıdır. Gözlənildiyinə görə istehsalçılar görüş zamanı motorun gücünü və səsini artırmaq üçün təklifləri də müzakirə edəcəklər.
F-1.az Auto Motor und Sport-a istinadən bildirir ki, hazırlanan təkliflərin qəbul olunmasına heç kim zəmanət verə bilməz, çünki Berni Ekklstoun istehsalçıların Formula1-ə təsirini azaltmaq istəyir və ciddi cəhdlə çempionatda alternativ motorun peyda olması variantında israrlıdır.