F-1.az xatırladır ki, Kataloniya trasının müqaviləsi bitmək üzrədir və tərəflər hazırda maliyyə məsələlərində razılaşa bilmirlər. Barselona trasının rəhbəri Vintsenso Aqilera hələ 3-4 aydan sonra Liberty Media ilə danışıqlara başlamaq istəyir: “Üzərində işləyirik. Amma hər şeyi düzgün etməliyik. Hədəfimiz yenilik etməkdir. Amma bu nüanslara müqavilə bağlayandan sonra baxmalıyıq. Görək necə olur. Tras yaxşı görünür, lakin maliyyə cəhətdən elə də yaxşı vəziyyətdə deyilik. Resurs tapa bilmirik. Dəstəyə ehtiyacımız var”.
İspanlar pul tapa bilmirlər
İspaniya Qran Prisinin təşkilatçıları Liberty Media ilə ortaq məxrəcə gəlmək istəyirlər.