F-1.az xatırladır ki, keçən həftə WRC-də mübarizə aparan Kreyq Brin test edərkən qəzaya düşmüş və dünyasını dəyişmişdi. Növbəti pis xəbər isə İspaniyadan gəlib.
İspaniyanın yerli sürücülərindən olan Xulio Sezar Kastrilyo və onun şturmanı Fransisko Xavyer Alvares 42-ci Vilya de Tineo Rallisində qəzaya düşərək vəfat ediblər. Asturias Ralli Çempionatının mərhələsi olan Rallidə 88 maşın mübarizə aparıb. Yarış qəzadan sonra dayandırılıb.
Qeyd edək ki, hər iki sürücü də Oviedo əyalətindəndir və 20 ildən çox idi ki, rallilərdə iştirak edirdilər.