Quru. Günəşli. Havanın temperaturu +20° C, trasın temperaturu +38° C
Mövsümün Avropdakı birinci Qran Prisi qüvvələr nisbətindəki dəyişiklikləri qiymətləndirməyə imkan verib. Dörd səfər yarışında komandalar maşınların zəif yerlərini müəyyən etmişdilər və yeni Pirelli təkərlərinə öyrəşməyə çalışmışdılar. Tezliklə komandaların çoxu bütün resurslarını 2014-cü ilin maşınları üzərində işə yönəldəcəklər və birinci növbədə ciddi təkmilləşdirmə məhz Barselonaya hazırlanmışdı – xüsusən də nəzərə almaq lazımdır ki, bu tras aerodinamikanın yoxlanması üçün ən yaxşı trasdır.
Sıralanma turunun nəticələri gözlənilməz alınıb. Poulu Rosberq qazanıb, ikinci Həmilton olub – Mercedes AMG sürücüləri ilk cərgəni zəbt ediblər. İkinci cərgədə isə Fettel və Rəykkönen yerləşiblər. Alonso və Qrojan start siqnalını 3-cü cərgədən seyr ediblər. Massa və Qutyerres sıralanma turunda rəqiblərini bolka saldıqları üçün 3 yer itirməklə cərimə olunublar.
Pirelli Barselonaya yenilənmiş Hard tərkibini gətirib – yeni təkərlər daha uzun məsafə qət etməklə daha geniş işçi temperatur diapazonuna malikdirlər. Sürətli döngələrdə təkərlərə düşən yüklənmələr çox böyük olduğu üçün uik-endə ən bərk təkər cütlüyü seçilib – Hard və Medium. Təkərlərin yeyilməsi ciddi olub, ona görə də sıralanma turunda Hard tərkibinə qənaət olunub. Startda yalnız Byanki, Çilton və Pikin Hard tərkibi seçdiyi görünüb, digər sürücülər isə Medium-da start almağa üstünlük veriblər.
Startda ciddi insident yaşanmayıb, Rosberq liderliyini saxlayıb, Fettel ikinci yerə, Alonso üçüncü yerə yüksəliblər. Uebber 11-ci, Batton 17-ci yerə düşüblər. Massa iki dövrəyə cərimə üzündən itirdiyi üç yeri kompensə edib, Sutil isə beş yer qazanıb. İkinci dövrənin sonunda ilk onluq: Rosberq – Fettel – Alonso – Həmilton – Rəykkönen – Massa – Peres – Sutil – Qrojan – di Resta.
İspaniya trasında ötmək çox çətindir və vəziyyət tezliklə stabilləşib – sürücülər təkərlərə qənaət etməyə başlayıblar. 7-ci dövrədə Rəykkönen onuncu döngədə Həmiltonu qabaqlayıb, bir dövrə sonra isə Massa da Lyuisi keçib.
8-ci dövrədə Uebber pit-stoplar dalğasına start verib. 9-cu dövrədə Massa, Sutil, Hülkenberq və Maldonado ilk pit-stoplarını reallaşdırıblar. Sutil vaxt itirib və trasa sonuncu yerdə qayıdıb. Qrojanın maşınında arxa sağ asılqan qırıldığı üşün fransalı sürücü yarışı dayandırmalı olub.
10-cu dövrədə Alonso və Həmilton, 11-ci dövrədə Rosberq, Fettel, Rəykkönen və Peres yeni təkər dəsti alıblar. Stüardlar Maldonadonu pit-leyndə sürət həddini aşdığı üçün pit-leyndən keçməklə cərimə ediblər. Alonso ilk pit-stopundan sonra trasa Fettelin, Massa isə Rəykkönenin önündə qayıdıblar. 12-ci dövrədə Batton pitə yönəlib, yarışa isə debütant Qutyerres başçılıq edib.
13-cü dövrədə Alonso, Fettel və Massa Rosberqi keçiblər, Qutyerres ilk pit-stopuna yollandığı üçün Alonso yarışa başçılıq edib. 14-cü dövrədə Rəykkönen də Rosberqi keçib – bazar günü hər iki Mercedes AMG maşını yenə də sürətlərini itiriblər. 15-ci dövrədə ilk onluq: Alonso – Fettel – Massa – Rəykkönen – Rosberq – Uebber – Peres – di Resta – Rikkardo – Həmilton.
Alonso Fetteldən uzaqlaşmağa başlayıb. 19-cu dövrədə Rikkardo di Restanı keçərək 8-ci yerə yüksəlib, 12-ci yer uğrunda mübarizədə Qutyerres Verni üstələyib.
20-ci dövrədə di Resta ikinci pit-stoplar dalğasına start verib: bir dövrə sonra Massa, Uebber, Vern və Maldonado, növbəti dövrədə Alonso mexaniklərinə qonaq olublar. 23-cü dövrədə Hülkenberq pit-stop keçirib, van der Qardenin maşınında təkər açılıb – boksa qayıdan hollandiyalı sürücü mübarizəni dayandırmalı olub. 24-cü dövrədə Massa Rosberqi, Uebber isə Həmilton və Qutyerresi qabaqlayıblar.
24-cü dövrədə Peres, 25-ci dövrədə Fettel və Rikkardo, 26-cı dövrədə Həmilton və Bottas, 27-ci dövrədə Rəykkönen, 28-ci dövrədə Rosberq, 29-cu dövrədə Qutyerres və Batton yeni təkərlərə keçiblər. 30-cu dövrədə ilk onluq: Alonso – Massa – Fettel – Rəykkönen – Uebber – di Resta – Hülkenberq – Peres – Rosberq – Rikkardo.
33-cü dövrədə çoxsaylı hücumlardan sonra Rəykkönen Fetteli keçərək 3-cü yerə yüksəlib, Rikkardo isə 8-ci yer uğrunda mübarizədə Rosberqi üstələyib.
Təkərlərin yeyilməsi bu dəfə də həlledici faktor olub – yarışın ortasında yarımçıq yanacaq çəni ilə sürücülər sıralanma turunda göstərdikləri nəticəyə 10 saniyə uduzublar, hamının diqqəti ön sol təkərlərin yeyilməsində olub.
35-ci dövrədə Hülkenberq və Vern pit-leyndə təmas yaşayıblar, ona görə də növbəti dövrədə Niko sındırdığı burun üçün boksa qayıtmalı olub. Daha sonra isə almaniyalı sürücünü stüardlar pit-leyndən keçməklə cərimə ediblər.
37-ci dövrədə Alonso, Massa, Uebber, Həmilton və Sutil təkərlərini dəyişiblər. Trasa Kiminin arxasında qayıdan Fernando 39-cu dövrədə rəqibini üstələyərək liderliyi özünə qaytarıb. 39-cu dövrədə di Resta və Peres yeni təkər dəstinə keçiblər. Vernin maşınında təzə sağ arxa təkərin üst qatı dağılıb. Cümə günü eyni hal di Restada, Bəhreyndə isə Həmilton və Massada baş vermişdi. Təkər faktoru bu dəfə həlledici yox, dominant faktor olub.
40-cı dövrədə Fettel və Hülkenberq pit-stopa baş çəkiblər, 44-cü dövrədə Qutyerres, 45-ci dövrədə Bottas, 46-cı dövrədə Rəykkönen eyni addımı atıblar – Kimi trasa Sebastyanın öndündə qayıdıb. 48-ci dövrədə Batton, 49-cu dövrədə Rosberq təkərlərini dəyişiblər. 49-cu dövrədə ilk onluq: Alonso – Massa – Rəykkönen – Fettel – Uebber – di Resta – Peres – Rikkardo – Rosberq – Qutyerres.
50-ci dövrədə Alonso sonuncu pit-stopunu keçirərək trasa birinci yerdə qayıdıb. 51-ci dövrədə Uebber, Sutil, Peres və Həmilton, 52-ci dövrədə Massa və Fettel sonuncu dəfə pit-stopa yollanıblar. Uebber di Restanı üstələyərək 5-ci yerə yüksəlib.
54-cü dövrədə Vern mübarizəni dayandırıb. 57-ci dövrədə ilk onluq: Alonso – Rəykkönen (3 pit-stop) – Massa – Fettel – Uebber – Rosberq (3) – di Resta – Batton (3) – Peres – Rikkardo.
Tribunaları doldurmuş azarkeşlərin sevinci və alqışları altında Alonso inamlı qələbə qazanıb – mövsümdə ikinci, karyerasında 32-ci qələbə. Rəykkönen ardıcıl 3-cü yarışında ikincilik qazanıb. Podiumu Felipe Massa tamamlayıb. Çempionatda vəziyyət gərginləşib, Monakoya qədər qalan 2 həftə çox tez keçəcək…
Yer | Pilot | Komanda | Motor | Vaxt |
01 | F.Alonso | Ferrari | Ferrari | 1.39:16.596 |
02 | K.Rəykkönen | Lotus | Renault | + 0:09.338 |
03 | F.Massa | Ferrari | Ferrari | + 0:26.049 |
04 | S.Fettel | Red Bull | Renault | + 0:38.273 |
05 | M.Uebber | Red Bull | Renault | + 0:47.963 |
06 | N.Rosberq | Mercedes AMG | Mercedes | + 1:08.020 |
07 | P.di Resta | Force İndia | Mercedes | + 1:08.988 |
08 | C.Batton | McLaren | Mercedes | + 1:19.506 |
09 | S.Peres | McLaren | Mercedes | + 1:21.738 |
10 | D.Rikkardo | Toro Rosso | Ferrari | + 1 dövrə |
11 | E.Qutyerres | Sauber | Ferrari | + 1 dövrə |
12 | L.Həmilton | Mercedes AMG | Mercedes | + 1 dövrə |
13 | A.Sutil | Force İndia | Mercedes | + 1 dövrə |
14 | P.Maldonado | Williams | Renault | + 1 dövrə |
15 | N.Hülkenberq | Sauber | Ferrari | + 1 dövrə |
16 | V.Bottas | Williams | Renault | + 1 dövrə |
17 | Ş.Pik | Caterham | Renault | + 1 dövrə |
18 | J.Byanki | Marussia | Cosworth | + 2 dövrə |
19 | M.Çilton | Marussia | Cosworth | + 2 dövrə |
– | J.E.Vern | Toro Rosso | Ferrari | – |
– | Q.van der Qarde | Caterham | Renault | – |
– | R.Qrojan | Lotus | Renault | – |
Sürətli dövrə: Esteban Qutyerres (Sauber) – 1:26.217 (56-cı dövrə).
Turnir cədvəli:
Yer | Pilot | Komanda | Motor | Xal |
01 | S.Fettel | Red Bull | Renault | 89 |
02 | K.Rəykkönen | Lotus | Renault | 85 |
03 | F.Alonso | Ferrari | Ferrari | 72 |
04 | L.Həmilton | Mercedes AMG | Mercedes | 50 |
05 | F.Massa | Ferrari | Ferrari | 45 |
06 | M.Uebber | Red Bull | Renault | 42 |
07 | R.Qrojan | Lotus | Renault | 26 |
08 | P.di Resta | Force İndia | Mercedes | 26 |
09 | N.Rosberq | Mercedes AMG | Mercedes | 22 |
10 | C.Batton | McLaren | Mercedes | 17 |
11 | S.Peres | McLaren | Mercedes | 12 |
12 | D.Rikkardo | Toro Rosso | Ferrari | 7 |
13 | A.Sutil | Force İndia | Mercedes | 6 |
14 | N.Hülkenberq | Sauber | Ferrari | 5 |
15 | J.E.Vern | Toro Rosso | Ferrari | 1 |
16 | E.Qutyerres | Sauber | Ferrari | 0 |
17 | V.Bottas | Williams | Renault | 0 |
18 | P.Maldonado | Williams | Renault | 0 |
19 | J.Byanki | Marussia | Cosworth | 0 |
20 | Ş.Pik | Caterham | Renault | 0 |
21 | Q.van der Qarde | Caterham | Renault | 0 |
22 | M.Çilton | Marussia | Cosworth | 0 |
Yer | Komanda | Motor | Xal |
01 | Red Bull | Renault | 131 |
02 | Ferrari | Ferrari | 117 |
03 | Lotus | Renault | 111 |
04 | Mercedes AMG | Mercedes | 72 |
05 | Force İndia | Mercedes | 32 |
06 | McLaren | Mercedes | 29 |
07 | Toro Rosso | Ferrari | 8 |
08 | Sauber | Ferrari | 5 |
09 | Williams | Renault | 0 |
10 | Marussia | Cosworth | 0 |
11 | Caterham | Renault | 0 |