İspaniya Qran Prisi: Valentino Rossi 113-cü qələbəsini qazanıb

Yamaha-nın əfsanəvi sürücüsü Valentino Rossi 2016-cı il mövsümünün dördüncü yarışında ilk qələbəsini qazanmaqla əsas rəqibləri Xorxe Lorensonu və Mark Markesi arxada qoyub.

F-1.az xatırladır ki, “Doktor” ləqəbli sürücü yarışa pouldan başlayıb və italiyalı yarış ərzində yerini qoruyaraq qələbə qazanıb.

İspaniyalı sürücülər öz vətənlərində Valentino Rossiyə mane ola bilməyilər. Xorxe Lorenso yarışın yarısına qədər Mark Markesin hücumlarına tab gətirərək fərqi açsa da, Valentino Rossiyə çata bilməyib və finişə ikinci yerdə çatıb.

Yamaha sürücülərini Honda sürücüləri izləyiblər. Mark Markes 3-cü, Dani Pedrosa isə 4-cü pillənin sahibi olublar.

Suzuki komandasında çıxış edən Aleş Esparqaro 5-ci, onun komanda yoldaşı Maverik Vinyales isə 6-cı pilləni tutublar.

Ducati komandası isə Xeresdə builki ən pis nəticəsini göstərib. Andrea Yannone səkkizinci yeri tutduğu halda, komanda yoldaşı Dovitsiozo 10-cu dövrədə mexaniki problemə görə yarışı vaxtından əvvəl dayandırıb.

Keçənilki britaniya yarışından sonra ilk dəfə qalib gələn Valentino premyer klasda 87-ci, ümumi yarış karyerasında isə 113-cü qələbəsinə sevinib…

Yer Sürücü Komanda Motosiklet Zaman/Fərq Dövrə
1 Италия Valentino Rossi Movistar Yamaha MotoGP Yamaha YZR-M1 45:28.834 27
2 Испания Xorxe Lorenso Movistar Yamaha MotoGP Yamaha YZR-M1 + 0:02.386 27
3 Испания Mark Markes Repsol Honda Team Honda RC213V + 0:07.087 27
4 Испания Dani Pedrosa Repsol Honda Team Honda RC213V + 0:10.351 27
5 Испания Aleş Esperqaro Team Suzuki ECSTAR Suzuki GSX-RR + 0:14.143 27
6 Испания Maverik Vinyales Team Suzuki ECSTAR Suzuki GSX-RR + 0:16.772 27
7 Италия Andrea Yannone Ducati Team Ducati Desmosedici GP16 + 0:26.277 27
8 Испания Pol Esperqaro Monster Yamaha Tech 3 Yamaha YZR-M1 + 0:30.750 27
9 Ирландия Yucin Laverti Aspar Team MotoGP Ducati Desmosedici GP14 + 0:32.325 27
10 Испания Hektor Barbera Avintia Racing Ducati Desmosedici GP14 + 0:32.624 27
11 Соединенное Королевство Kel Kratçlou LCR Honda Honda RC213V + 0:38.497 27
12 Соединенное Королевство Brədli Smit Monster Yamaha Tech 3 Yamaha YZR-M1 + 0:39.669 27
13 Франция Loris Baz Avintia Racing Ducati Desmosedici GP14 + 0:45.227 27
14 Германия Ştefan Bradl Aprilia Racing Team Gresini Aprilia RS-GP + 0:47.886 27
15 Колумбия Yonni Hernandes Aspar Team MotoGP Ducati Desmosedici GP14 + 0:47.988 27
16 Италия Mikele Pirro Octo Pramac Yakhnich Ducati Desmosedici GP15 + 0:49.414 27
17 Австралия Cek Miller Estrella Galicia 0,0 Marc VDS Honda RC213V + 0:49.513 27
18 Испания Tito Rabat Estrella Galicia 0,0 Marc VDS Honda RC213V + 0:53.334 27
19 Соединенное Королевство Skott Reddinq Octo Pramac Yakhnich Ducati Desmosedici GP15 + 1:05.555 27
 Andrea Dovitsiozo Ducati Team Ducati Desmosedici GP16 9
 Alvaro Bautista Aprilia Racing Team Gresini Aprilia RS-GP 5

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*