İspaniya Qran Prisi: Üçüncü sərbəst yürüşlər

Dünən bir çoxları təkərlərin istihavada çox aşınmasından şikayətlənib. Bu gün maşınların sazlanmalarında dəyişikliklər edilib və təkərlərin səmərəliliyi yoxlanılıb.

F-1.az xəbər verir ki, sıralanma turunun böyük əhəmiyyət daşığıdı Barselonada hava növbəti iki vacib sessiya üçün də proqnozlaşdırıldığı kimi, isti olub. Lakin əksər komandalar proqramlarının böyük hissəsini dünən yerinə yetirdiklərindən, trasda intensivlik nəzərə çarpmayıb.

Medium və Soft təkərlərlə işləyənlər çoxluq təşkil edib. Hard təkərlər çox sərt olduğundan və sürüşdüyündən, az istifadə olunub. Rəykkönen asılqanlarda edilən dəyişikliklərə görə sessiyanın böyük hissəsini boksda keçirib. Sakit keçən məşqlərin sonlarında Maqnussenin Okonun önündə qəfil əyləcə basması fransız sürücünün qəza etməsinə səbəb olub.

Okon müayinə üçün tibbi mərkəzə göndərilib, lakin onun səhhətində heç bir problem aşkarlanmayıb. Renault mexaniklərinin üzərinə sıralanma turunun startına qədər xeyli iş düşür.

Protokollara 1:17.222-lik nəticə ilə Lyuis Həmilton başçılıq edib. Bottas ona cüzi fərqlə, Ferstappen isə yarım saniyə uduzub.

Sıralanma turu Bakı vaxtı ilə 17:00-da başlayacaq…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:17.222 12
2 77 Valtteri Bottas Mercedes AMG 1:17.373 + 0:00.151 13
3 33 Maks Ferstappen Red Bull 1:17.737 + 0:00.515 10
4 55 Karlos Sayns McLaren 1:18.046 + 0:00.824 18
5 11 Serxio Peres Racing Point 1:18.096 + 0:00.874 16
6 16 Şarl Lekler Ferrari 1:18.193 + 0:00.971 15
7 10 Pyer Qasli AlphaTauri 1:18.211 + 0:00.989 13
8 18 Ləns Stroll Racing Point 1:18.309 + 0:01.087 16
9 23 Aleksander Elbon Red Bull 1:18.371 + 0:01.149 13
10 3 Daniel Rikkardo Renault 1:18.384 + 0:01.162 12
11 31 Esteban Okon Renault 1:18.602 + 0:01.380 18
12 5 Sebastyan Fettel Ferrari 1:18.707 + 0:01.485 15
13 8 Roman Qrojan Haas 1:18.710 + 0:01.488 14
14 7 Kimi Rəykkönen Alfa Romeo 1:18.721 + 0:01.499 11
15 4 Lando Norris McLaren 1:18.803 + 0:01.581 23
16 26 Daniil Kvyat AlphaTauri 1:18.852 + 0:01.630 15
17 20 Kevin Maqnussen Haas 1:18.940 + 0:01.718 15
18 99 Antonio Covinatsi Alfa Romeo 1:19.175 + 0:01.953 13
19 63 Corc Rassell Williams 1:19.297 + 0:02.075 16
20 6 Nikolas Latifi Williams 1:19.764 + 0:02.542 16
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*