Quru. Buludlu. Havanın temperaturu +18°-19° C, trasın temperaturu +21°-24° C
Şənbə günü səhər sürücülər sıralanma turu və yarışa hazırlıqlarını davam etdiriblər: komandalar dünən topladıqları məlumatları təhlil edərək sazlanmalara düzəlişlər ediblər. Səmanı buludlar örtsə də hava xoş olub, külək də dünənkindən zəif əsib. Bir çox dəstək seriyaların çıxışlarından sonra trayektoriya da işlənmiş rezinlə örtülüb.
Sessiyanın ilk yarısında sürücülər uzun dövrələr seriyasında işləyiblər, sonra isə Medium tərkibində sıralanma turuna hazırlığa başlayıblar. Sessiya ciddi insidentsiz ötüşüb, protokollara Felipe Massa başçılıq edib – 1:21.901. Nəticələr çox sıx alınıb və ilk 11 nəticə bir saniyəyə yerləşib – sıralanma turunda mübarizə gərgin olacaq…
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | F.Massa | Ferrari | Ferrari | 1:21.901 | – | 13 |
02 | K.Rəykkönen | Lotus | Renault | 1:21.907 | + 0.006 | 14 |
03 | M.Uebber | Red Bull | Renault | 1:22.044 | + 0.143 | 17 |
04 | R.Qrojan | Lotus | Renault | 1:22.069 | + 0.168 | 13 |
05 | S.Fettel | Red Bull | Renault | 1:22.229 | + 0.328 | 17 |
06 | F.Alonso | Ferrari | Ferrari | 1:22.254 | + 0.353 | 15 |
07 | P.di Resta | Force İndia | Mercedes | 1:22.574 | + 0.673 | 11 |
08 | A.Sutil | Force İndia | Mercedes | 1:22.729 | + 0.828 | 17 |
09 | L.Həmilton | Mercedes AMG | Mercedes | 1:22.740 | + 0.839 | 24 |
10 | J.E.Vern | Toro Rosso | Ferrari | 1:22.759 | + 0.858 | 15 |
11 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1:22.839 | + 0.938 | 26 |
12 | C.Batton | McLaren | Mercedes | 1:23.151 | + 1.250 | 13 |
13 | E.Qutyerres | Sauber | Ferrari | 1:23.371 | + 1.470 | 21 |
14 | S.Peres | McLaren | Mercedes | 1:23.373 | + 1.472 | 13 |
15 | P.Maldonado | Williams | Renault | 1:23.385 | + 1.484 | 17 |
16 | N.Hülkenberq | Sauber | Ferrari | 1:23.388 | + 1.487 | 18 |
17 | V.Bottas | Williams | Renault | 1:23.660 | + 1.759 | 16 |
18 | D.Rikkardo | Toro Rosso | Ferrari | 1:23.767 | + 1.866 | 17 |
19 | Ş.Pik | Caterham | Renault | 1:24.775 | + 2.874 | 18 |
20 | J.Byanki | Marussia | Cosworth | 1:24.793 | + 2.892 | 16 |
21 | M.Çilton | Marussia | Cosworth | 1:25.135 | + 3.234 | 17 |
22 | Q.van der Qarde | Caterham | Renault | 1:25.250 | + 3.349 | 18 |