F-1.az xəbər verir ki, Xeres trasında keçirilinən İspaniya Qran Prisinin sıralanma turunun həlledici sementində Honda-nın sürücüsü Mark Markes daha sürətli olub. İkiqat dünya çempionu həmyerlisi Lorensonu 0.3 saniyə, Rossini isə komanda yoldaşına daha 0.058 saniyə uduzub.
Amma ikinci cəhdində ilk üçlükdə vəziyyət köklü dəyişib: Rossi iki ispaniyalı sürücünü vətənlərində 0.1 saniyə üstünlüklə məğlub edə bilib.
Digər sürücülər ilk üçlüyə çox uduzublar. Dördüncü nəticəni Ducati-nin sürücüsü Andrea Dovitsiozo göstərib – italiya sürücü həmyerlisinə 0.844 saniyə uduzub. Onunla yanaşı ikinci cərgədən start almaq hüququnu Suzuki-nin sürücüləri Maverik Vinyales və Aleş Esperqaro qazanıblar. Maraqlıdır ki, Maverik Andreaya cəmi 0.001 saniyə uduzub.
Xatırladaq ki, Xeresdəki poul Valentino üçün premyer liqada 52-ci, keçənilki Hollandiya Qran Prisindən sonra 1-ci poul olub…
Yer | Sürücü | Komanda | Motosiklet | Zaman |
1 | Valentino Rossi | Movistar Yamaha MotoGP | Yamaha YZR-M1 | 1:38.736 |
2 | Xorxe Lorenso | Movistar Yamaha MotoGP | Yamaha YZR-M1 | 1:38.858 |
3 | Mark Markes | Repsol Honda Team | Honda RC213V | 1:38.891 |
4 | Andrea Dovitsiozo | Ducati Team | Ducati Desmosedici GP16 | 1:39.580 |
5 | Maverik Vinyales | Team Suzuki ECSTAR | Suzuki GSX-RR | 1:39.581 |
6 | Aleş Esparqaro | Team Suzuki ECSTAR | Suzuki GSX-RR | 1:39.588 |
7 | Dani Pedrosa | Repsol Honda Team | Honda RC213V | 1:39.678 |
8 | Pol Esparqaro | Monster Yamaha Tech 3 | Yamaha YZR-M1 | 1:39.720 |
9 | Hektor Barbera | Avintia Racing | Ducati Desmosedici GP14 | 1:39.742 |
10 | Kel Kratçlou | LCR Honda | Honda RC213V | 1:39.881 |
11 | Andrea Yannone | Ducati Team | Ducati Desmosedici GP16 | 1:40.054 |
12 | Loris Baz | Avintia Racing | Ducati Desmosedici GP14 | 1:40.184 |
13 | Alvaro Bautista | Aprilia Racing Team Gresini | Aprilia RS-GP | 1:40.239 |
14 | Brədli Smit | Monster Yamaha Tech 3 | Yamaha YZR-M1 | 1:40.242 |
15 | Yucin Laverti | Aspar Team MotoGP | Ducati Desmosedici GP14 | 1:40.292 |
16 | Yonni Hernandes | Aspar Team MotoGP | Ducati Desmosedici GP14 | 1:40.335 |
17 | Skott Redinq | Octo Pramac Yakhnich | Ducati Desmosedici GP15 | 1:40.595 |
18 | Ştefan Bradl | Aprilia Racing Team Gresini | Aprilia RS-GP | 1:40.835 |
19 | Cek Miller | Estrella Galicia 0,0 Marc VDS | Honda RC213V | 1:40.968 |
20 | Mikele Pirro | Octo Pramac Yakhnich | Ducati Desmosedici GP15 | 1:40.985 |
21 | Tito Rabat | Estrella Galicia 0,0 Marc VDS | Honda RC213V | 1:41.039 |