Mövsümün ilk dörd yarışında Pirelli şirkəti “ardıcıl” təkər tərkiblərindən istifadə edirdi və hər dəfə də komandalar Medium tərkibini alırdılar. Amma Barselonada hər iki ənənə pozulacaq: keçən il olduğu kimi sürücü və mühəndislər Hard və Soft tərkibləri ilə işləyəcəklər. Pirelli Motosport-un başçısı Pol Hembrinin sözlərinə görə, məhz bu cütlük az ötmələrlə məşhur olan yarışı daha baxımlı edəcək…
Pol Hembri, Pirelli Motosport: “İspaniya Qran Prisi mövsümöncəsi testlər kimi olmayacaq – fevralın sonu və martın əvvəli Barselonada çox soyuq idi, təkərləri işçi temperatura qədər qızdrımaq çox çətin idi. İndi isə hava isti olmalıdır, bu isə komandalara təkərlərlə işdə müəyyən çətinliklər əlavə edəcək.
Biz seçimimizi Soft və Hard tərkiblərinin üzərində saxladıq ki, komandaların işi bir qədər çətinləşsin. Mövsümdə ilk dəfə biz qonşu tərkiblərdən istifadə etmirik, ona görə də komandaların taktiki sxemləri çox olacaq. Şübhə yoxdur ki, belə vəziyyət yekun nəticədə özünü göstərəcək.
Keçən həftə Mucello testlərdinə komandalar təkərlərlə çox işlədilər, paralel olaraq bir çox yenilikləri test etdilər. Ona görə də biz qarşıdakı Qran Pridə sıx mübarizə gözləyirik – istisna etmirəm ki, beş yarışda beşinci qalibi görə bilərik.”