İspaniya Qran Prisi: Pirelli – Hard və Medium

Bəhreyn Qran Prisindən sonra Pirelli şirkəti Hard tərkibini dəyişdiyini elan edib – indi yeni təkərlər daha az yeyiləcək və daha […]

Bəhreyn Qran Prisindən sonra Pirelli şirkəti Hard tərkibini dəyişdiyini elan edib – indi yeni təkərlər daha az yeyiləcək və daha uzun məsafə qət etməyə imkan verəcək. Keçənilki Hard tərkibinə bənzəyən yeni tərkib məhz Barselonada debüt edəcək, bundan başqa komandalara Medium, yağış və keçid təkərləri də veriləcək.

Reqlamentdə nəzərdə tutulduğu dəst sayından əlavə komandalar bir dəst eksperimental Hard tərkibi də alacaqlar – bu təkərlərin resursu daha çox olmalıdır və sürücülər trasda daha çox vaxt keçirə biləcəklər. Bu təkərlərin rəng markalanması yoxdur və trasa toplaşanlar onları asanlıqla seçə biləcəklər.

Sərbəst yürüşlərdə əlavə təkər dəstindən istifadəni müzakirə edərkən çempionat iştirakçıları yekdil razılığa gələ bilməyiblər – əvvəl təklif olunmuşdu ki, əlavə təkər dəsti yalnız çempionatın debütantlarına və ya komandaların dəvət etdiyi gənc sürücülərə verilsin. Qeyd etmək lazımdır ki, eksperimental təkərərdə sazlanmalarla tam işləmək olmayacaq, çünki onun xarakteristikaları yarışda istifadə olunacaq təkərlərdən kəskin fərqlənir…

Pol Hembri, Pirelli Motorsport: “İspaniyaya biz yeni Hard tərkibini gətirəcəyik – yeni tərkib keçənilki Hard tərkibinə bənzəyəcək. Yeni tərkib az effektliklə daha geniş iş temperaturu diapazonuna malikdir, bununla da komandalar yarışa müxtəlif strategiyalar qurmaqda davam edəcəklər.

Biz bu qərarı mövsümün ilk dörd Qran Prisinin nəticələrinin təhlilindən sonra qəbul etdik ki, yarışların baxımlılığını daha da artıraq. Faktiki olaraq, bu cür tədbirləri ənənəvi adlandırmaq olar, çünki 2011-ci ildə də, yəni biz Formula1-ə qayıtdığımız ilk mövsümdə də elə İspaniya Qran Prisinə yenilənmiş Hard tərkibini gətirmişdik.

Biz gözləyirik ki, Medium tərkibi böyük sürət üstünlüyünə malik olacaq, ona görə də komandalar ondan sıralanma turunda istifadə edəcəklər, Hard isə yarışın uzun məsafəsi üçün seçiləcək.

Reqlament bizə icazə verir ki, sərbəst yürüşlərdə komandalara eksperimantal əlavə təkər dəsti verək – biz ümid edirik ki, yekunda sürücülər trasda daha çox məşq edə biləcəklər. Biz həmişə komandaların işinin uzudılmasına çalışmışıq, çünki yalnız bu yolla çempionatın debütantları daha çox işləyə bilərlər.”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*