İspaniya Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının iştirakçılarının adları açıqlanıb…
Cümə axşamı Sebastyan Fettel (Red Bull), Serxio Peres (McLaren), Fernando Alonso (Ferrari), Esteban Qutyerres (Sauber), Valtteri Bottas (Williams) və Daniel Rikkardo (Toro Rosso) jurnalistlərin suallarına cavab verməli olacaqlar.
Cümə günü isə sürücüləri komandaların texniki mütəxəssisləri – Mayk Koflən (Williams), Əndryu Qrin (Force İndia), Deyv Qribnvud (Marussia), Ədrian Nyui (Red Bull), Nikolas Tombasis (Ferrari) və Mark Smit (Caterham) əvəz edəcəklər.
Şənbə və bazar günləri isə adətən sıralanma turu və yarışın ilk üçlüyünə verilir…