F-1.az bildirir ki, komandalar uzun və qısa yürüşlərlə təkərlərin səmərəliliyini yoxlamaq üçün proqramlar hazırlayıblar. Keçən həftəsonu Britaniyada isti havada təkərlər sürətlə aşınmış, üzərlərində qabarcıqlar meydana gəlmişdi. Bu da sürücüləri çətin vəziyyətə salmışdı.
Sürücülər məşqlərə Medium və Hard təkərlə başlayıblar, sonlarda isə Soft-a keçiblər. Sessiya sakit keçib. Latifi, Elbon və Bottas trasdan çıxsalar da, yollarına davam edə biliblər. Son dəqiqələrdə isə Qrojan motorun güc itirməsindən şikayət edərək boksa qayıdıb.
Səhər olduğu kimi, Mercedes sürücüləri yenə də fərqləniblər, lakin bu dəfə üstün tərəf Həmilton olub – 1:16.883. Məşqlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:16.883 | – | 37 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:17.170 | + 0:00.287 | 38 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:17.704 | + 0:00.821 | 33 |
4 | 3 | Daniel Rikkardo | Renault | 1:17.868 | + 0:00.985 | 34 |
5 | 8 | Roman Qrojan | Haas | 1:18.133 | + 0:01.250 | 29 |
6 | 16 | Şarl Lekler | Ferrari | 1:18.147 | + 0:01.264 | 35 |
7 | 55 | Karlos Sayns | McLaren | 1:18.214 | + 0:01.331 | 33 |
8 | 11 | Serxio Peres | Racing Point | 1:18.293 | + 0:01.410 | 39 |
9 | 31 | Esteban Okon | Renault | 1:18.303 | + 0:01.420 | 40 |
10 | 10 | Pyer Qasli | AlphaTauri | 1:18.312 | + 0:01.429 | 40 |
11 | 18 | Ləns Stroll | Racing Point | 1:18.357 | + 0:01.474 | 39 |
12 | 5 | Sebastyan Fettel | Ferrari | 1:18.404 | + 0:01.521 | 36 |
13 | 23 | Aleksander Elbon | Red Bull | 1:18.491 | + 0:01.608 | 35 |
14 | 4 | Lando Norris | McLaren | 1:18.506 | + 0:01.623 | 38 |
15 | 26 | Daniil Kvyat | AlphaTauri | 1:18.642 | + 0:01.759 | 39 |
16 | 20 | Kevin Maqnussen | Haas | 1:18.761 | + 0:01.878 | 36 |
17 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:18.900 | + 0:02.017 | 42 |
18 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:18.964 | + 0:02.081 | 40 |
19 | 6 | Nikolas Latifi | Williams | 1:19.155 | + 0:02.272 | 32 |
20 | 63 | Corc Rassel | Williams | 1:19.391 | + 0:02.508 | 38 |