F-1.az bildirir ki, ötmələri artırmaq məqsədi ilə 2007-ci ildən bəri ilk dəfə son şikanadan imtina edilib. Tras qısalıb və sürətlənib, lakin sürücülər yırğalanmalardan şikayət ediblər.
Bu həftəsonu hər 3 sərbəst yürüş sessiyasını Maks Ferstappen hamıdan yaxşı nəticə ilə başa vurub. Niderlandlı sürücü poul yarışında da əlçatmaz olub.
Pirelli buraya ən sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib. Ferstappen, Peres və Sarcent orta, Lekler sərt, qalanları isə yumşaq təkərlərlə start alıb.
Yarışa birinci cərgədən Ferstappen və Sayns, ikinci cərgədən Norris və Həmilton üçüncü cərgədən isə Stroll və Okon başlayıb. Lekler və Sarcentin isə pit yolundan mübarizəyə başlayacaqları açıqlanıb.
Startda Ferstappen liderliyini qoruyub, Həmilton Norrisi keçib. Daha sonra Saynsla toqquşmamaq üçün sürətini azaltdıqda Norris onunla toqquşub və ön qanadı zədələnib. Çjou 4, Rassell isə 5 mövqe qazanıb. Lando erkən pit-stop etməli olub. 2-ci dövrədə ilk onluq: Ferstappen – Sayns – Stroll – Həmilton – Okon – Alonso – RasselL – Hülkenberq – Çjou – Peres.
Bottas 6-cı dövrədə təkərini dəyişib, Peres isə doqquzuncu yerə yüksəlib. Rassell Alonsonu, Tsunoda isə Hülkenberqi geridə qoyub. Lekler Elbonu keçib, Həmilton isə Saynsı üstələyərək üçüncü yerə qalxıb. Piastriyə də keçilən Hülkenberq təkərlərini dəyişib.
Qasli Maqnusseni ötüb, Çjou və de Friz pit-stop ediblər. 11-ci dövrədə Tsunoda və Maqnussen də eyni addımı atıblar, Rassell isə beşincilik mübarizəsində Okondan güclü olub. Fransız sürücü və onunla eyni vaxtda Stroll təzə təkərlərə keçiblər, 16-cı dövrədə Sayns da pit-stopa çağrılıb.
Tsunoda və Çjou Hülkenberi qabaqlayıblar. Lekler, Elbon, Piastri və Sasrcent də təkər dəyişən sürücülər siyahısına qoşulublar. Sayns Qaslini, Piastri de Frizi keçib. Alonso və Qasli 20-ci dövrədə pit yoluna üz tutublar, Piastri hər iki Haas sürücüsünü məğlub edib.
Norris növbəti dəfə pit-stop edib. Həmilton və Maqnussen 25-ci, Ferstappen və Ferstappen 26-cı, Hülkenberq 27-ci, Peres isə 28-ci dövrədə təkərlərini dəyişib. Həmilton ikincilik mübarizəsində Saynsı qabaqlayıb. 30-cu dövrədə ilk onluq: Ferstappen – Həmilton – Sayns – Rassell – Stroll – Okon – Tsunoda – Alonso – Peres – Çjou.
Peres Alonsonu ötüb, Hülkenberq Elbondan üstün olub. Peres Tsunodanı qabaqlayıb, Rassell Saynsı geridə qoyub. Stroll, Tsunoda, Okon, Çjou, Sarcent, Elbon, Norris, de Friz, Piastri və Qasli növbəti pit-stoplarını ediblər.
Okon Tsunodanı ötüb. De Friz Norrisi keçib, Ferrari sürücüləri pit-stopa dəvət ediliblər. Alonso Tsunodanı keçib. Həmilton və Peres də təkərlərini dəyişib. Ferstappen 53-cü dövrədə rahat bir pit-stop edib, Peres isə Saynsı qabaqlayaraq dördüncü yerə qalxıb.
Çjou Tsunodaya hücum etsə də, yapon sürücü çinli həmkarını asfaltdan çıxarıb və buna görə 5 saniyəlik cəza alıb.
Maks Ferstappen ardıcıl üçüncü, mövsümdə beşinci və karyerasında 40-cı qələbəsini əldə edib. Bu, həm də niderlandlı sürücünün karyerasında üçüncü Böyük Dəbilqəsi olub. Lyuis Həmilton və Corc Rassell Mercedes-ə həm qoşa podium qazandırıblar, həm də Mühəndislər Kubokunda komandanı ikinci yerə qaldırıblar.
Yarışda bütün sürücülər finiş görüb.
Mübarizə 2 həftə sonra Kanadada davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Pit |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:27:57.940 | 2 |
2 | 44 | Lyuis Həmilton | Mercedes | + 0:24.090 | 2 |
3 | 63 | Corc Rassell | Mercedes | + 0:32.389 | 2 |
4 | 11 | Serxio Peres | Red Bull | + 0:35.812 | 2 |
5 | 55 | Karlos Sayns | Ferrari | + 0:45.698 | 2 |
6 | 18 | Ləns Stroll | Aston Martin | + 1:03.320 | 2 |
7 | 14 | Fernando Alonso | Aston Martin | + 1:04.127 | 2 |
8 | 31 | Esteban Okon | Alpine | + 1:09.242 | 2 |
9 | 24 | Quanyu Çjou | Alfa Romeo | + 1:11.878 | 2 |
10 | 10 | Pyer Qasli | Alpine | + 1:13.530 | 2 |
11 | 16 | Şarl Lekler | Ferrari | + 1:14.419 | 2 |
12 | 22 | Yuki Tsunoda * | AlphaTauri | + 1:15.416 | 2 |
13 | 81 | Oskar Piastri | McLaren | +1 dövrə | 2 |
14 | 21 | Nik de Friz | AlphaTauri | +1 dövrə | 2 |
15 | 27 | Niko Hülkenberq | Haas | +1 dövrə | 3 |
16 | 23 | Aleksander Elbon | Williams | +1 dövrə | 2 |
17 | 4 | Lando Norris | McLaren | +1 dövrə | 3 |
18 | 20 | Kevin Maqnussen | Haas | +1 dövrə | 3 |
19 | 77 | Valtteri Bottas | Alfa Romeo | +1 dövrə | 2 |
20 | 2 | Loqan Sarcent | Williams | +1 dövrə | 2 |
* – Tsunodanın nəticəsinə Çjou ilə isnidentə görə 5 saniyə əlavə edilib
Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:16.330 (61-ci dövrə, 219.641 km/saat)
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 1 | Maks Fertappen | Oracle Red Bull Racing | 170 | |
2 | 11 | Serxio Peres | Oracle Red Bull Racing | 117 | |
3 | 14 | Fernando Alonso | Aston Martin Aramco Cognizant F1 Team | 99 | |
4 | 44 | Lyuis Həmilton | Mercedes-AMG PETRONAS F1 Team | 87 | |
5 | 63 | Corc Rassell | Mercedes-AMG PETRONAS F1 Team | 65 | |
6 | 55 | Karlos Sayns | Scuderia Ferrari | 58 | |
7 | 16 | Şarl Lekler | Scuderia Ferrari | 42 | |
8 | 18 | Ləns Stroll | Aston Martin Aramco Cognizant F1 Team | 35 | |
9 | 31 | Esteban Okon | BWT Alpine F1 Team | 25 | |
10 | 10 | Pyer Qasli | BWT Alpine F1 Team | 15 | |
11 | 4 | Lando Norris | McLaren F1 Team | 12 | |
12 | 27 | Niko Hülkenberq | MoneyGram Haas F1 Team | 6 | |
13 | 81 | Oskar Piastri | McLaren F1 Team | 5 | |
14 | 77 | Valtteri Bottas | Alfa Romeo F1 Team Stake | 4 | |
15 | 24 | Quanyu Çjou | Alfa Romeo F1 Team Stake | 4 | |
16 | 22 | Yuki Tsunoda | Scuderia AlphaTauri | 2 | |
17 | 20 | Kevin Maqnussen | MoneyGram Haas F1 Team | 2 | |
18 | 23 | Aleksander Elbon | Williams Racing | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Honda RBPT | 287 |
2 | Mercedes-AMG PETRONAS F1 Team | Mercedes | 152 |
3 | Aston Martin Aramco Cognizant F1 Team | Mercedes | 134 |
4 | Scuderia Ferrari | Ferrari | 100 |
5 | BWT Alpine F1 Team | Renault | 40 |
6 | McLaren F1 Team | Mercedes | 17 |
7 | MoneyGram Haas F1 Team | Ferrari | 8 |
8 | Alfa Romeo F1 Team Stake | Ferrari | 8 |
9 | Scuderia AlphaTauri | Honda RBPT | 2 |
10 | Williams Racing | Mercedes | 1 |