İspaniya-2023: Üçüncü sərbəst yürüşlər

Son məşqlər başlamamışdan Barselona səmalarında şimşək çaxıb, göy guruldayıb. Lakin yağış yağmayıb.

F-1.az xəbər verir ki, sürücülər trasa çıxmağa tələsiblər. Yağış başlamamış Sarcentin qəzasına görə qırmızı bayraqlar peyda olub.

Fasilədə yağış yağıb. Daha sonra Norris yaşıl təkərlərlə trası kəşf etməyə çıxıb, lakin asfalt sürətlə quruyub.

Tras keçid təkərlər üçün çox quru olub və heç kim risk almaq istəməyib. Bir qədər sonra asfalt tam quruyub və sürücülər yenidən boksları tərk ediblər.

Protokollara başçılıq edən sürücünün adı dəyişməyib – Maks Ferstappen bu dəfə 1:13.664-lük nəticə ilə hamını üstələyib.

Bizi maraqlı sıralanma turu gözləyir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*