İspaniya-2023: Sıralanma turu

İspaniya Qran Prisində sıralanma turu geridə qalıb. Əksər favorit komandaların sürücüləri problem yaşayıblar. Lakin Ferstappen bu problemlərdən özünə pay götürrməyərək, inamlı şəkildə poul qazanıb.

F-1.az xatırladır ki, sıralanma turunun əvvəlində yağışın damcılanması ilə bəzi sürücülər çınqıllığa çıxıblar. Bunun nəticəsində tras çınqılla dolub və sessiya qırmızı bayraqla dayandırılıb.

Tras təmizləndikdən sonra sürücülər yenidən trasa çıxıblar. Lakin birinci sessiyada sensassiya yaşanıb və keçən il Barselonada poul qazanmış Şarl Lekler 19-cu yeri tutaraq, mübarizəni vaxtından əvvəl dayandırıb. Ondan başqa Serxio Peres də son anda ikinci sessiyaya qala bilib. O, birinci sessiyanı 15-ci yerdə bağlayıb.

Sürprizlər ikinci sessiyada da davam edib. Serxio Peres son cəhdinə çıxarkən səhv edib və çınqıllığa çıxıb. Onun sonrakı cəhdləri də fayda verməyib və 11-ci yeri tutaraq, ikinci sessiyada mübarizəni dayandırıb. Sürprizlər bununla bitməyib. Keçən il burada üçüncü olaraq podiuma çıxmış Corc Rassel də 12-ci olaraq, sonuncu və həlledici sessiyaya qala bilməyib. Üstəlik gənc sürücü komanda yoldaşı Lyuis Həmiltonla təmas da yaşayıb.

Son sessiyada isə Maks Ferstappen fantastik dövrə vuraraq, Barselonada ilk dəfə poul qazanıb. İkinci yeri isə öz publikası önündə çıxış edən Karlos Sayns tutub. Lando Norris üçüncü olaraq, mövsümə pis başlayan McLaren-in üzünü güldürə bilib. Pyer Qasli 4-cülüyə oturaraq, son yarışlarda yüksəlişdə olan Alpine-i yenidən sevindirib. Bir ara ilk cərgə üçün real namizəd olan Lyuis Həmilton isə son cəhdindən sonra 5-ci yeri tutub.

SIRALANMA TURUNUN NƏTİCƏLƏRİ

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 1 Maks Ferstappen Red Bull 9 1:13.615 9 1 1:12.760 6 1:12.272 5
2 55 Karlos Sayns Ferrari 4 1:13.411 10 3 1:12.790 6 1:12.734 6
3 4 Lando Norris McLaren 2 1:13.295 10 2 1:12.776 6 1:12.792 6
4 10 Pyer Qasli Alpine 7 1:13.471 9 9 1:13.186 6 1:12.816 6
5 44 Lyuis Həmilton Mercedes 1 1:12.937 11 4 1:12.999 6 1:12.818 6
6 18 Ləns Stroll Aston Martin 13 1:13.766 11 7 1:13.082 6 1:12.994 6
7 31 Esteban Okon Alpine 6 1:13.433 9 5 1:13.001 6 1:13.083 6
8 27 Niko Hülkenberq Haas 5 1:13.420 9 10 1:13.283 6 1:13.229 3
9 14 Fernando Alonso Aston Martin 12 1:13.747 9 8 1:13.098 6 1:13.507 3
10 81 Oskar Piastri McLaren 11 1:13.691 8 6 1:13.059 6 1:13.682 6
11 11 Serxio Peres Red Bull 15 1:13.874 10 11 1:13.334 7
12 63 Corc Rassell Mercedes 3 1:13.326 11 12 1:13.447 7
13 24 Quanyu Çjou Alfa Romeo 10 1:13.677 10 13 1:13.521 6
14 21 Nik de Friz AlphaTauri 8 1:13.581 10 14 1:14.083 6
15 22 Yuki Tsunoda AlphaTauri 14 1:13.862 11 15 1:14.477 8
16 77 Valtteri Bottas Alfa Romeo 16 1:13.977 10
17 20 Kevin Maqnussen Haas 17 1:14.042 9
18 23 Aleks Əlbon Williams 18 1:14.063 8
19 16 Şarl Lekler Ferrari 19 1:14.079 10
20 2 Loqan Sarcent Williams 20 1:14.699 6
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*