İspaniya-2023: İkinci sərbəst yürüşlər

İlk məşqləri yenilikləri yoxlamağa sərf edən komandalar bu dəfə təkərlərin səmərəliliyini yoxlamağa və sazlanmaları axtarmağa yönəliblər.

F-1.az xəbər verir ki, asfalt daha da rezin qatla örtülüb. Sürücülər sessiyanın əvvəlində yeni Hard təkərləri yoxlamaq üzərində işləyiblər.

İlk məşqlərdə olduğu kimi, bu dəfə də bir çoxu maşının yırğalanmasından gileylənib. Son şikananın aradan qaldırılması ilə tras çox sürətlənib ki, bu faktor da özünü daha çox göstərməyə başlayıb.

Sessiya sakit keçib. Sadəcə bir neçə dəfə sürücülər döngələrə bir qədər səhv giriblər ki, bunların da ciddi nəticələri olmayıb. Sürətini azaldan Piastri ilə toqquşmaqdan qaçmağa çalışan Rassell çınqıllığa çıxıb.

Son dəqiqələrdə başlayan yağış komandaların proqramlarına təsir etməyib.

Maks Ferstappen səhər olduğu kimi, bu dəfə də ən sürətli dövrənin sahibi olub – 1:13.907.

Məşqlər sabah davam edəcək.

BİRİNCİ SESSİYANIN NƏTİCƏLƏRİ

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 1 Maks Ferstappen Red Bull 1:13.907 34
2 14 Fernando Alonso Aston Martin 1:14.077 + 0:00.170 30
3 27 Niko Hülkenberq Haas 1:14.177 + 0:00.270 31
4 11 Serxio Peres Red Bull 1:14.219 + 0:00.312 30
5 31 Esteban Okon Alpine 1:14.242 + 0:00.335 30
6 16 Şarl Lekler Ferrari 1:14.246 + 0:00.339 32
7 55 Karlos Sayns Ferrari 1:14.274 + 0:00.367 32
8 63 Corc Rassell Mercedes 1:14.392 + 0:00.485 31
9 77 Valtteri Bottas Alfa Romeo 1:14.448 + 0:00.541 32
10 10 Pyer Qasli Alpine 1:14.457 + 0:00.550 29
11 44 Lyuis Həmilton Mercedes 1:14.549 + 0:00.642 31
12 81 Oskar Piastri McLaren 1:14.583 + 0:00.676 30
13 24 Quanyu Çjou Alfa Romeo 1:14.585 + 0:00.678 29
14 4 Lando Norris McLaren 1:14.694 + 0:00.787 30
15 20 Kevin Maqnussen Haas 1:14.713 + 0:00.806 24
16 21 Nik de Friz AlphaTauri 1:14.785 + 0:00.878 33
17 22 Yuki Tsunoda AlphaTauri 1:14.840 + 0:00.933 34
18 18 Ləns Stroll Aston Martin 1:15.010 + 0:01.103 31
19 23 Aleksander Elbon Williams 1:15.056 + 0:01.149 32
20 2 Loqan Sarcent Williams 1:15.415 + 0:01.508 33
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*