F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, cümə günü mülayim cənub-şərq küləyi əsəcək. Temperatur +22 dərəcəyə qədər qalxacaq, yağıntı ehtimalı 24%-dir.
Şənbə günü hava dəyişkən buludlu olacaq, küləl güclənəcək. Havanın maksimal hərarəti +23 dərəcə olacaq.
Yarışın baş tutacağı bazar günü isə leysan xarakterli yağış gözlənilir, temperatur əvvəlki günlə eyni olmalıdır.
Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru hava şəraitində baş tutmuşdu.