F-1.az xəbər verir ki, sürücülərin əksəriyyəti trasa aerodinamik boyalarla çıxıb. Pirelli komandalara sınaqdan keçirmək üçün iki dəst yeni Hard dəsti verib, bunlar Silverstoundan başlayaraq istifadə olunacaq.
Trasın konfiqurasiyası bu il yenilənib – sonuncu şikana aradan qaldırıb, onun yerini yüksək sürətli bölmə alıb – hər kəs bu yeniliyə öyrəşməli olub. Dünən bir çox sürücü bu hissədə boyuna düşəcək yüksək təzyiqdən narahatçılıqlarını dilə gətiriblər. Maraqlıdır ki, təkcə Mercedes və Ferrari-də deyil, həm də Red Bull-da da son döngədən sonra müəyəyn yırğalanmadan şikayət ediblər.
Ferrari yenilikləri yalnız Saynsın maşınına yerləşdirib və bununla hər iki sürücünün işini müqayisə edərək effekti qiymətləndirməyə çalışıblar. Sessiya sakit keçib. Sürücülər trası bir az tərk ediblər. Sonlarda Qasli ötmə zamanı Sarcentlə təmas yaşayıb, lakin hər iki sürücü hərəkətə davam edib.
Məşqlər bu gün axşam davam edəcək.
BİRİNCİ SESSİYANIN NƏTİCƏLƏRİ
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1’14.606 | – | 32 |
2 | 11 | Serxio Peres | Red Bull | 1’15.374 | + 0:00.768 | 32 |
3 | 31 | Esteban Okon | Alpine | 1’15.418 | + 0:00.812 | 28 |
4 | 21 | Nik de Friz | AlphaTauri | 1’15.504 | + 0:00.898 | 27 |
5 | 10 | Pyer Qasli | Alpine | 1’15.545 | + 0:00.939 | 27 |
6 | 14 | Fernando Alonso | Aston Martin | 1’15.547 | + 0:00.941 | 24 |
7 | 20 | Kevin Maqnussen | Haas | 1’15.689 | + 0:01.083 | 22 |
8 | 16 | Şarl Lekler | Ferrari | 1’15.694 | + 0:01.088 | 28 |
9 | 55 | Karlos Sayns | Ferrari | 1’15.726 | + 0:01.120 | 27 |
10 | 63 | Corc Rassell | Mercedes | 1’15.753 | + 0:01.147 | 32 |
11 | 4 | Lando Norris | McLaren | 1’15.783 | + 0:01.177 | 25 |
12 | 44 | Lyuis Həmilton | Mercedes | 1’15.845 | + 0:01.239 | 29 |
13 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1’15.906 | + 0:01.300 | 24 |
14 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1’15.915 | + 0:01.309 | 27 |
15 | 18 | Ləns Stroll | Aston Martin | 1’15.939 | + 0:01.333 | 25 |
16 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1’15.978 | + 0:01.372 | 24 |
17 | 81 | Oskar Piastri | McLaren | 1’16.353 | + 0:01.747 | 26 |
18 | 27 | Niko Hülkenberq | Haas | 1’16.461 | + 0:01.855 | 28 |
19 | 2 | Loqan Sarcent | Williams | 1’16.506 | + 0:01.900 | 30 |
20 | 23 | Aleksander Elbon | Williams | 1’16.630 | + 0:02.024 | 28 |