İspaniya-2022: İkinci sərbəst yürüşlər

Komandalar əvvəlki məşqlərdəki proqramlarını davam etdirməklə yanaşı, həm də təkərlərin səmərəliliyini yoxlayıblar.

F-1.az bildirir ki, sürücülər sessiyaya Medium təkərlərlə başlasalar da, sonradan yumşaq tərkiblərə keçərək sürətli dövrələr vurublar. Hard təkər obrazında çıxış edən C1 tərkiblərinə isə heç bir komanda müraciət etmək fikrində deyil.

Norris 8-ci döngədə çınqıllığa düşüb və boksa qayıdıb. Daha sonra eyni səhvi yenə edib, mexaniklər maşına baxıblar və altlığın dəyişdirilməli olduğunu bildiriblər. Cümə günü proqramı Lando üçün başa çatıb.

Günü erkən tamamlayan digər sürücü Bottas olub – mühərrik əsas düzlüyün sonunda anidən güc itirib və təhlükəsizlik cibində dayanıb. Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub və bolid sürətlə təxliyə edilib. Peres də 8-ci döngədə çınqıllığa çıxıb, lakin yoluna davam edə bilib.

İlk məşqlərdə olduğu kimi, bu dəfə də Şarl Lekler protokollara başçılıq edib – 1:19.670. Sərbəst yürüşlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:19.670 29
2 63 Corc Rassell Mercedes 1:19.787 + 0:00.117 27
3 44 Lyuis Həmilton Mercedes 1:19.874 + 0:00.204 26
4 55 Karlos Sayns Ferrari 1:19.990 + 0:00.320 31
5 1 Maks Ferstappen Red Bull 1:20.006 + 0:00.336 27
6 14 Fernando Alonso Alpine 1:20.203 + 0:00.533 25
7 11 Serxio Peres Red Bull 1:20.632 + 0:00.962 30
8 5 Sebastyan Fettel Aston Martin 1:20.703 + 0:01.033 31
9 31 Esteban Okon Alpine 1:20.745 + 0:01.075 27
10 47 Mik Şumaxer Haas 1:20.757 + 0:01.087 25
11 10 Pyer Qasli AlphaTauri 1:20.917 + 0:01.247 28
12 20 Kevin Maqnussen Haas 1:21.013 + 0:01.343 24
13 18 Ləns Stroll Aston Martin 1:21.249 + 0:01.579 31
14 22 Yuki Tsunoda AlphaTauri 1:21.285 + 0:01.615 29
15 3 Daniel Rikkardo McLaren 1:21.385 + 0:01.715 22
16 77 Valtteri Bottas Alfa Romeo 1:21.828 + 0:02.158 3
17 24 Quanyu Çjou Alfa Romeo 1:21.866 + 0:02.196 29
18 23 Aleksander Elbon Williams 1:22.319 + 0:02.649 31
19 6 Nikolas Latifi Williams 1:23.197 + 0:03.527 25
20 4 Lando Norris McLaren 1:23.388 + 0:03.718 6

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*