F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü hava dəyişkən buludlu olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Temperatur +26 dərəcəyə qədər yüksələcək. Şənbə günü külək istiqamətini cənuba doğru dəyişəcək və bir qədər güclənəcək. Termometrlər maksimum +27 dərəcəni göstərəcəklər. Bazar günü isə hava buludlu olsa da, hərarət daha 1 dərəcə yüksələcək. Güclü cənub-qərb küləyi gözlənilir.
Həftəsonu ərzində yağıntı ehtimalı 10%-dən artıq deyil.
Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru havada baş tutmuşdu.