F-1.az bildirir ki, digər seriyalardan olan sürücülər günboyu trasda işlədiyindən, asfalt rezin qatı ilə örtülüb və trasın vəziyyəti yaxşı olub. Tribunalar demək olar ki, tamamilə dolub.
Bu il ilk dəfə 3 komanda məşqlərdə əvəzetmələrə əl atıb – Aleksander Elbonun yerinə Formula E çempionu Nik de Vriz, Serxio Peresin yerinə Yuri Vpis, Quanyu Çjounun yerinə isə Robert Kubitsa keçib. Qeyd edək ki, ikinci sessiyada əsas sürücülər yenidən öz maşınlarını təhvil alacaqlar.
Fettel, Bottas və Maqnussen ilk dövrədən sonra geri qayıdaraq maşınları mexaniklərə təhvil versələr də, sonradan yenidən trasa çıxa biliblər. Okon sükanın, Həmilton isə DRS sisteminin işləməməsindən şikayətlənib.
Şarl Lekler 1:19.828 ilə ən yaxşı nəticəni göstərib. Hər iki ispan sürücü doğma publika önündə ilk beşliyə düşüb. Məşqlər bu gün davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 16 | Şarl Lekler | Ferrari | 1:19.828 | – | 26 |
2 | 55 | Karlos Sayns | Ferrari | 1:19.907 | + 0:00.079 | 26 |
3 | 1 | Maks Ferstappen | Red Bull | 1:20.164 | + 0:00.336 | 27 |
4 | 63 | Corc Rassell | Mercedes | 1:20.590 | + 0:00.762 | 27 |
5 | 14 | Fernando Alonso | Alpine | 1:20.768 | + 0:00.940 | 23 |
6 | 44 | Lyuis Həmilton | Mercedes | 1:20.811 | + 0:00.983 | 27 |
7 | 4 | Lando Norris | McLaren | 1:21.279 | + 0:01.451 | 23 |
8 | 10 | Pyer Qasli | AlphaTauri | 1:21.422 | + 0:01.594 | 23 |
9 | 3 | Daniel Rikkardo | McLaren | 1:21.737 | + 0:01.909 | 22 |
10 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:21.814 | + 0:01.986 | 27 |
11 | 31 | Esteban Okon | Alpine | 1:21.891 | + 0:02.063 | 25 |
12 | 18 | Ləns Stroll | Aston Martin | 1:21.920 | + 0:02.092 | 23 |
13 | 88 | Robert Kubitsa | Alfa Romeo | 1:21.975 | + 0:02.147 | 20 |
14 | 20 | Kevin Maqnussen | Haas | 1:22.089 | + 0:02.261 | 15 |
15 | 47 | Mik Şumaxer | Haas | 1:22.146 | + 0:02.318 | 20 |
16 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:22.164 | + 0:02.336 | 19 |
17 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:22.614 | + 0:02.786 | 24 |
18 | 45 | Nik de Vriz | Williams | 1:22.920 | + 0:03.092 | 28 |
19 | 6 | Nikolas Latifi | Williams | 1:23.011 | + 0:03.183 | 26 |
20 | 36 | Yuri Vips | Red Bull | 1:24.138 | + 0:04.310 | 22 |