F-1.az bildirir ki, buna görə də ikinci məşqlərdə bütün diqqətlər təkərlərin aşınmasını qiymətləndirməyə yönəldilib. Səhər Hard və Soft təkərlərə daha çox müraciət edilmişdi, bu dəfə isə ən yumşaq təkərlərlə yanaşı, Medium-lara üstünlük verilib.
11-ci dəqiqədə Saynsın maşınından qopmuş parçanı trasdan götürmək üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Tsunodanın maşınının güc qurğusunda problem baş verib, lakin bu, aradan qaldırılıb. Yaponiyalı sürücü boksa gəlib və tezliklə trasa qayıdıb.
Lyuis Həmilton bu dəfə hamıdan sürətli olub – 1:18.170. Lakin bu, keçənilki nəticəyə 1.3 saniyə uduzur. Aradakı fərqin əsas səbəbi də, trasın konfiqurasiyasının dəyişdirilməsidir.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:18.170 | – | 32 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:18.309 | + 0:00.139 | 31 |
3 | 16 | Şarl Lekler | Ferrari | 1:18.335 | + 0:00.165 | 28 |
4 | 31 | Esteban Okon | Alpine | 1:18.466 | + 0:00.296 | 29 |
5 | 14 | Fernando Alonso | Alpine | 1:18.518 | + 0:00.348 | 30 |
6 | 10 | Pyer Qasli | AlphaTauri | 1:18.593 | + 0:00.423 | 32 |
7 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:18.619 | + 0:00.449 | 30 |
8 | 55 | Karlos Sayns | Ferrari | 1:18.674 | + 0:00.504 | 30 |
9 | 33 | Maks Ferstappen | Red Bull | 1:18.785 | + 0:00.615 | 26 |
10 | 11 | Serxio Peres | Red Bull | 1:18.918 | + 0:00.748 | 23 |
11 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:18.947 | + 0:00.777 | 30 |
12 | 4 | Lando Norris | McLaren | 1:19.092 | + 0:00.922 | 28 |
13 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:19.122 | + 0:00.952 | 29 |
14 | 18 | Ləns Stroll | Aston Martin | 1:19.134 | + 0:00.964 | 29 |
15 | 3 | Daniel Rikkardo | McLaren | 1:19.195 | + 0:01.025 | 28 |
16 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:19.213 | + 0:01.043 | 30 |
17 | 63 | Corc Rassell | Williams | 1:19.957 | + 0:01.787 | 29 |
18 | 6 | Nikolas Latifi | Williams | 1:20.046 | + 0:01.876 | 26 |
19 | 47 | Mik Şumaxer | Haas | 1:20.326 | + 0:02.156 | 30 |
20 | 9 | Nikita Mazepin | Haas | 1:20.753 | + 0:02.583 | 27 |