İspaniya-2018: Yarışa hava proqnozu

Cümə və şənbə günlərində sürücülər quru havada işləsələr də, bu gecə Barselonada yağışın yağması və trasa yığılmış rezin qatını yuması proqnozlaşdırılır. Lakin yağışın nahara qədər dayanması, asfaltın starta qədər quruması gözlənilir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, sürücülər qızdırma dövrəsinə yerli vaxtla saat 14:10-da yollanmalıdırlar, bu zaman hava buludsuz, temperatur +17 dərəcə olacaq. Mülayim qərb küləyi əsəcək. Yarış saatlarında yağıntı gözlənilmir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*