Derek Uorik 1981-ci ildə Toleman komandası ilə Formula1-də debüt edib, daha sonra Renault, Brabham, Arrows və Lotus komandalarında çıxış etməklə 146 yarışda start alıb. Dörd dəfə podiuma qalxan britaniyalı sürücü karyerasını 1993-cü ildə başa vurub.
F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Dereklə birlikdə həftəsonunun mübahisəli insidentlərini Amerika federasiyasının nümayəndəsi, McLaren komandasının keçmiş başçısının oğlu Tim Mayer və Barbados federasiyasının prezidenti Andre Mallalyö araşdıracaqlar.